Londonda Şekspirin yaşadığı ev tapılıb
Tarix: 13.04.2019 | Saat: 18:17:00 | E-mail | Çapa göndər



İngilis aliminin apardığı uzunmüddətli tədqiqatlardan sonra dahi Uilyam Şekspirin Londonda “Romeo və Cülyetta” əsərini yazdığı ev müəyyən edilib.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, teatr tarixçisi Ceffri Morş dünyaşöhrətli şair və dramaturqun evini tapmaq üçün on ilə yaxın tədqiqat aparıb. Onun 1590-cı illərdə burada yaşadığı və yaratdığı qeyd olunur.

Morş əvvəlcə Londonun şərqindəki Şoredikt rayonunda 2008-ci ildə üzə çıxarılmış Yelizaveta Teatrının yerləşdiyi ərazidə axtarışlar aparıb. Tarixçilər Şekspirin pyeslərinin səhnəyə qoyulduğu bu teatrın tapılmasından sonra dahi şairin onları harada yazması ilə bağlı məsələni gündəmə gətiriblər. Əvvəlcə belə bir versiya irəli sürülüb ki, onun yaşadığı ev Mərkəzi Londonun Liverpul küçə stansiyası (Liverpool Street Station) yaxınlığında olub. Bu ərazidə Müqəddəs Yelena kilsəsi də yerləşir. Kilsədə aparılmış qeydlərə görə, Uliyam Şekspir 1597-1598-ci illərdə bu rayonda vergi ödəyicisi olub. Lakin dəqiq ünvan heç vaxt müəyyən edilməyib.
Teatr tarixçisi qeyd edib ki, Şekspirin evinin Müqəddəs Yelena kilsəsi ilə Yelizaveta Teatrının arasında olduğu güman edilirdi. Bu ərazidə dəri ticarəti ilə məşğul olan şirkət də olub. Morş bu ehtimallar əsasında 1550-ci illərə aid olan bütün sənədləri araşdırmağa başlayıb. Viktoriya və Albert Muzeyinin Teatr Departamentinin də direktoru olan tarixçi əlavə edib ki, Şekspir Stratforddan Londona köçdükdən sonra bir neçə il varlıların olduğu müxtəlif yerlərdə yaşayıb. Burada böyük sərvət qazanan şair Stratford şəhərində ən bahalı evlərdən birini də almağı planlaşdırıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info