“Rossiya-1” kanalının jurnalistləri Estoniyadan deportasiya olunub
Tarix: 14.04.2019 | Saat: 00:32:00 | E-mail | Çapa göndər



“Rossiya-1” telekanalının əməkdaşlarına Estoniya ərazisinə giriş qadağan olunub.

AZƏRTAC xəbər verir ki, buna səbəb jurnalistlərin “İeqova şahidləri” (Rusiyada qadağan olunub) təşkilatı barədə hazırladıqları süjet olub. Bu barədə Estoniyanın ictimai telekanalı ölkənin təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.
Polisin məlumatına əsasən, iki jurnalist Estoniya və Finlandiyaya gələrək burada qadağan olunmuş təşkilatın fəaliyyətini araşdırıblar. Qeyd edək ki, “İeqova şahidləri”nin böyük bir hissəsi Rusiyada qadağan olunandan sonra Avropa ölkələrinə köçüblər. Jurnalistlər gizli kameralarla onların Tallindəki cəmiyyətlərində çəkiliş ediblər. Eston qanunvericiliyinə görə isə bu, insan haqlarının pozulması deməkdir.
Hər iki jurnalist ümumilikdə beş il müddətinə Şengen ərazisinə girişdən məhrum olublar.
Qeyd edək ki, 2017-ci ildə rəsmi surətdə qadağan olunan “İeqova şahidləri”nin Rusiyada 175 min üzvü var.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info