Diaspor rəhbərləri Kiyevdəki uşaq evini ziyarət ediblər
Tarix: 14.04.2019 | Saat: 01:36:00 | E-mail | Çapa göndər



Ukraynaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və diaspor təşkilatlarının rəhbərləri Kiyevdəki “Beryozka” uşaq evini ziyarət edərək, körpələrə hədiyyələr veriblər.

AZƏRTAC xəbər verir ki, ziyarətə və hədiyyələrə görə təşəkkür edən baş həkim Aleksey Moqilnıy müəssisə haqqında məlumat verib. Bildirib ki, 95 uşağın olduğu müəssisəyə Azərbaycan diaspor təşkilatları mütəmadi yardım edir. Artıq 5 ildir Kiyev Azərbaycanlıları Konqresi uşaq evinin maddi-texniki və ərzaq təminatına yardım göstərir, bayramlarda uşaqları ziyarət edərək onlara hədiyyələr gətirir.
Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diaspor təşkilatlarının xeyriyyəçilik fəaliyyətini yüksək qiymətləndirib, təkcə Kiyev Azərbaycanlıları Konqresinin deyil, digər diaspor təşkilatlarının da belə təşəbbüslərə qoşulacağına ümid etdiyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin və diaspor rəhbərlərindən ibarət nümayəndə heyəti Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun nəzdindəki 1 saylı “Qafqaz rəqsləri məktəbi” ilə də tanış olub. Məktəbin təsisçiləri Nicat Mirzəyev və Şəmsi Məhərrəmov məktəb barədə məlumat veriblər. Bildirilib ki, şagirdlər müxtəlif xalqların nümayəndələrini təmsil edirlər. 10 ildən çoxdur fəaliyyət göstərən məktəbin rəqs ansamblı festivallarda Azərbaycan mədəniyyətini uğurla təmsil edir.
Rəqs məktəbinin fəaliyyətinin təqdirəlayiq olduğunu deyən Komitə sədri onu daha da inkişaf etdirmək üçün Komitənin hər cür dəstək göstərəcəyini bildirib. Eyni zamanda, qeyd edib ki, məktəbin rəqs qrupunun üzvlərinin Azərbaycana səfərlərinin təşkili, onların ölkəmizlə tanış olmaları baxımından önəmlidir.
Daha sonra rəqs məktəbinin şagirdləri qonaqlar üçün Azərbaycan rəqslərini ifa ediblər.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info