Sumqayıtda 186 mindən çox vətəndaş tibbi müayinədən yararlanıb
Tarix: 14.04.2019 | Saat: 13:28:00 | E-mail | Çapa göndər



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Sumqayıtda fevralın 11-dən başlayan əhalinin dispanserizasiyası müvəffəqiyyətlə davam edir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova AZƏRTAC–a bildirib ki, müayinənin əhəmiyyəti və vacibliyi ilə bağlı əvvəlcədən aparılan izahat işləri müsbət nəticə verir. O, aprelin 13-nə olan məlumata görə, 186 min 233 vətəndaşın artıq tibbi müayinədən keçdiyini qeyd edib.
Ü.Müzəffərova deyib ki, tibbi müayinə zamanı ehtiyac duyulduqda sakinlər ambulator, stasionar müalicəyə cəlb edilir. Kampaniya çərçivəsində aşkarlanmaların nəticəsində 9993 nəfər hospitalizə olunub, 14 nəfər cərrahiyyə əməliyyatına cəlb edilib. Eləcə də 947 nəfər Bakıya ixtisaslaşdırılmış tibbi müəssisələrə stasionar müalicəyə göndərilib. Sakinlərin sağlamlığı üçün faydalı və əhəmiyyətli olan profilaktik tədbirlər şəhərdə fəaliyyət göstərən 11 xəstəxanada, 10 poliklinikada təşkil edilir. Şəhər ərazisində yerləşən müəssisə və idarə işçilərinin tibbi müayinədən keçmə qrafiki tərtib edilib və onlar mütəşəkkil qaydada müayinələrə cəlb olunur.
Sumqayıtlılar tibbi müayinənin əhəmiyyətini yüksək qiymətləndirərək, humanist, hər bir vətəndaşın sağlamlığına diqqətli və qayğıkeş münasibətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
22.04.2019
“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info