“Ölkəmizdəki inkişaf xaricdə Azərbaycan naminə işləmək üçün böyük həvəs yaradır”
Tarix: 29.07.2013 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Fəridə Kərimova: “Azərbaycanın bütün bölgələrini əhatə edən bu cür yüksək inkişaf gənclərin Prezidenti dəstəkləməsi üçün ciddi
əsas yaradıb”


Xaricdəki diasporumuzun fəaliyyəti getdikcə güclənməkdədir və burada gənclərimizin də rolu danılmazdır. Bu gün bir faktdır ki, azərbaycanlı gənclər dünyanın müxtəlif ölkələrində öz fəaliyyəti ilə seçilir, qurumlarda, təşkilatlarda təmsil olunurlar. Son illər Azərbaycan gəncliyinin xaricdə təşkilatlanması istiqamətində mühüm işlər görülüb. Azərbaycanda nəinki ölkə daxilində, onun hüdudlarından kənarda dövlətimizin təəssübünü çəkən, Vətənə xidmət işini öz amalına çevirən gənclər ordusu formalaşıb. Bu gənclər ordusu hazırda intellekti, yüksək vətənpərvərliyi və fəallığı ilə Azərbaycan dövlətinə, millətinə layiqincə xidmət edir, ölkəmizi beynəlxalq aləmdə uğurla tanıdırlar. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızdan biri Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporudur. Müsahibimiz təşkilatın gənc üzvlərindən olan Fəridə Kərimovadır:

- Bu gün gənclərimiz Ukraynada kifayət qədər fəallıq nümayiş etdirirlər. Biz bir çox tədbirlərdə fəal iştirak etməyə çalışırıq. Belə tədbirlərdən biri kimi son vaxtlar Ukraynadakı kimsəsiz uşaqlar evinə getmişdik. Hətta bununla bağlı Ukrayna mətbuatında məlumat yayılmışdı. Bundan başqa Novruz bayramında keçirdiyimiz tədbirdə Azərbaycanın mədəniyyətini təqdim etdik. Ölkəmizin milli xörəklərini, süfrə ənənəsini nümayiş etdirdik. Mən bununla bağlı mətbuata müsahibə də vermişdim. Diaspor fəaliyyətində ən mühüm addımlardan biri kimi Ukraynadakı Azərbaycan diasporunun forumu keçirildi. Bu forumda Ukraynanın müxtəlif regionlarından diaspor nümayəndələri təmsil olunurdu. Çox gözəl çıxışlar olmuşdu. Millət vəkilləri, gənclər də çıxış etdilər. Bu forumda belə qərara gəldik ki, orada fəaliyyət göstərən bütün diaspor təşkilatları birgə çalışsınlar, bir istiqamətdə işimizi quraq. Bizim forumda Bakıdan da gələn qonaqlar vardı. Gənclərimizlə bir yerə toplaşaraq sayt yaratmağı qərara aldıq. Sayt da rus dilindədir və burada diasporumuzun fəaliyyəti, keçirdiyimiz tədbirlər, Bakıda tədbirdə iştirakımız belə, öz əksini tapıb.
- Bu gün gənclərimizin diaspor fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, diasporumuzun fəaliyyətini yüksək qiymətləndirirəm, bu gün orada yaşayan gənclərimiz də məhz orada təmsil olunmaq istəyirlər. Bizim tədbirlərdə təmsil olunan azərbaycanlı gənclər çoxdur. Hətta başqa diaspor təşkilatlarının tədbirlərində azərbaycanlı gənclər üstünlük təşkil edir. Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi işlər xüsusilə qeyd olunmalıdır. Məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının səmərəli fəaliyyəti xarici ölkələrdə formalaşan digər azərbaycanlı gənclər təşkilatları üçün bir örnək təşkil edir. Bundan başqa Bakıda Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayının keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin həm diaspor quruculuğuna, həm də gənclərə xüsusi diqqət və qayğısının nəticəsidir. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması dünyanın müxtəlif ölkələrində təhsil alan və yaşayan azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyət qoyur.
- Digər ölkələrin gəncləri ilə birgə fəaliyyət qura bilirsinizmi?
- Biz tədbir təşkil edərkən başqa ölkələrin gənclərini də də dəvət edirik. Biz 20 Yanvar, Xocalı faciəsi ilə bağlı tədbir keçirmişdik. Orada yalnız bizim gənclər deyil, Ukrayna gəncləri də iştirak edirdi. Onların orada çıxışlar bizi təəccübləndirirdi. Görürdük ki, onlar çox maraqlanırlar, öyrənirlər, araşdırırlar. Onlara da Xocalı soyqırımı çox pis təsir edir. Bizi dəstəkləyirlər, bizim qədər onlar da istəyirlər ki, Qarabağ işğaldan azad olunsun. Hətta çıxışları zamanı tarixdə olan hadisələr barədə də məlumat verirdilər. Onların bizim tariximizi bu qədər bilməsi təəccüb doğururdu. Biz ukraynalı gənclərlə qrup şəklində birgə fəaliyyət göstəririk. Onlar çox işgüzar insanlardırlar və bizə də köməklik edirlər.
Hətta bir çox ukraynalı gənc gəlib Azərbaycanı görmək istəyir. Azərbaycanın abadlaşdırılmasından danışırlar. Biz də onları ölkəmizə dəvət etmişik. Dostlarımızdan bir çoxu Azərbaycana gəliblər, gəziblər, çox gözəl təəssürat yaranıb onlarda.
- Gənclərimiz ölkəmizlə bağlı məlumatları yetərincə çatdıra bilirlərmi?
- Ukraynada təhsil alan azərbaycanlı gənclər çoxdur. Orada çox güclü təhsil alırlar. Həmyerlilərimiz orada yaxşı oxumaqla çalışırlar ki, qırmızı diplom alsınlar. Biz çalışırıq ki, həm yaxşı təhsil alaq, həm ölkəmizi diasporumuzu təmsil edək. Onlar bizim davranışlarımızla, istiqanlılığımızla azərbaycanlı olduğumuza bir daha əmin olurlar. Azərbaycanla bağlı məlumatları, keçirdiyimiz tədbirləri sosial şəbəkələrdə, o cümlədən “Facebook” da yaymağa çalışırıq. İstəyirik ki, ölkəmizlə bağlı daha geniş məlumata malik olsunlar, reallıqlardan xəbər tutsunlar. Mən orada “Azərbaycan dilini öyrənək” adlı kitab təqdimatında oldum, qəzetlərdə belə, bu, öz əksini tapdı. Hətta universitetlərdə Azərbaycan dilini öyrənmək üçün kurs açılıb.
- Bakıda Türkdilli ölkələrin forumu keçirildi. Siz də gənc diaspor nümayəndəsi kimi burada təmsil olunurdunuz. Forumla bağlı hansı təəssüratlarınız var?
- Bu yaxınlarda Bakıda Türkdilli ölkələrin forumu keçirildi. Bütün çıxışları bəyəndik. Bu tədbirlər fəaliyyətimizin daha da güclənməsinə təkan verir. Gənclərə çox diqqət yetirilir. Bu çox gözəl haldır ki, gənclərə önəm verirlər.
Mən iki ildir ki, Ukraynada təhsilimlə bağlı yaşadığım üçün Azərbaycana gələ bilmirəm. Ancaq tətil zamanı gəlirəm. İndiki gəlişim məndə müsbət təəssüratlar yaratdı. Mən Bakıya gəldikdə tanımadım. Şəhər daha da gözəlləşib. Əvvəllər getdiyim yerləri indi görəndə tanımıram. Yeni gözəl ticarət mərkəzləri açılıb. Belə ki, müasir stantartlara cavab verən yolların çəkilişi, yaşayış binalarının gözəlləşdirilməsi, bulvarın daha da genişləndirilərək gözəl görkəm alması məndə Azərbaycanda yaşamaq həvəsini daha da artırdı. İstərdim ki, gənclər passiv olmasınlar, diaspor təşkilatlarında təmsil olunsunlar, fikirlərini irəli sürsünlər. İstərdim ki, Azərbaycanı daha da yaxşı tanıtsınlar. Özlərinə güvənsinlər, addım atmaqdan qorxmasınlar. Özünə güvənirsənsə, inanırsansa, çox şey edə bilərsən. Çox istərdim digər gənclər irəli getsinlər. Bu cür inkişaf Azərbaycanın bütün bölgələrində müsahidə olunur. Eyni zamanda Azərbaycan gənclərinin fəaliyyəti daha çox diqqətimi cəlb etdi. Türkdilli dövlətlərin diaspor rəhbərlərinin I Bakı forumunda gənclərimizin toplu şəkildə iştirak etməsiylə Azərbaycan gəncliyinin yüksək düşüncəyə sahib olduğunun şahidi oldum. Türkdilli dövlətlərin diaspor rəhbərlərinin forumdakı çıxışı məndə Azərbaycan naminə işləmək üçün böyük həvəs yaratdı. Bir sözlə, Azərbaycandakı bu cür yüksək inkişaf gənclərin Prezident İlham Əliyevi dəstəkləməsi üçün ciddi əsas yaradıb”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info