Ağdamda erməni iddialarını yalanlayan arxeoloji materiallar aşkarlanıb
Tarix: 29.07.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Ağdam rayonunun cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni materiallar aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun Qarabağ ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov qəzetimizə bildirib ki, “Palıdlı” nekropolunda eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbir aşkar edilib. Heç bir yerüstü əlamətə malik olmayan qəbir yeniyetməyə məxsusdur. Ölü sağ yanı üstə bükülü vəziyyətdə, başı qərbə, ayaqları şərqə tərəf dəfn olunub. Ətrafında müxtəlif tip keramika nümunələri - küplər və cam aşkar edilmişdir. Qoşa qulplu küpün və camın üzəri çıxıntılı, həmçinin çərtmə üsulu ilə, həndəsi naxışlarla örtülüdür.
Professor Hidayət Cəfərov diqqətə çatdırıb ki, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb, 20-dək qəbir açılıb. Eramızdan əvvəl XII-XI əsrlərə aid torpaq qəbirlərdə çoxlu miqdarda saxsı qablar, küplər, sərnic, bardaq, cam, nehrə, bəzək əşyaları (qolbaqlar, üzüklər, sırğalar, mindən artıq əqiq, Misir pastası, şüşə və tuncdan muncuqlar) aşkar edilib. Tapıntılar nekropolda müxtəlif sosial təbəqədən olan insanların dəfn edildiyini göstərir.
Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir. Bu materiallar ermənilərin ərazi iddialarının əsassız olduğunu, Qarabağın aran və dağlıq ərazilərində tarixən eyni mədəniyyətin daşıyıcılarının yaşadıqlarını bir daha təsdiq edir. Bu arxeoloji qazıntılar həm qədim tariximizin öyrənilməsi, həm də Qarabağ tarixini özününküləşdirməyə çalışan ermənilərə cavab baxımından əhəmiyyətlidir.
“Palıdlı” nekropolunda tədqiqatlar davam edir.




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Temperatur 28 dərəcəyə yüksələcək
23.09.2019
“Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik”
23.09.2019
7 ildir bağlı olan yol açıldı
23.09.2019
ADU-da 10 tələbə xüsusi təqaüd alacaq
23.09.2019
Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info