“Qran pri” mükafatçısı Ayan Məmmədlidən Flarmoniyada möhtəşəm ifa
Tarix: 15.04.2019 | Saat: 12:32:00 | E-mail | Çapa göndər


Bakı şəhərinin qabaqcıl musiqi məktəblərindən biri olan T.Quliev adına onbirillik musiqi məktəbi son günlər Azərbaycan Akademik Dövlət Filarmoniyasında silsilə hesabat konsertləri ilə çıxış edib. Belə ki, 06.04.2019, 11.04.2019 və 12. 04.2019 tarixlərində keçirilən konsertlər, Xalq artisti Yalçın Adıgözəlzadənin drijorluğu ilə Q.Qarayev adına Dövlət Kamera Orkestrinin və Mustafa Mehmandarovun drijorluğu ilə Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin müşayətilə olub. Konsertlərdə, demək olar ki, məktəbin bütün şagirdləri öz ifaçılıq bacarıqlarını nümayiş etdiriblər. Bu şagirdlər arasında məktəbin “Fortepiano” ixtisası üzrə müəlliməsi Nazilə Yaqubovanın XI sinfində təhsil alan, respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran pri” mükafatçısı Ayan Məmmədlinin möhtəşəm ifası hər kəs tərəfindən böyük rəğbətlə qarşılanıb və bütün tamaşaçıları valeh edib. İstər Kamera orkestrinin müşayətilə böyük bəstəkar Bedriç Smetananın “Dənizin sahilində” əsəri, istərsə də Dövlət Simfonik Orkestrinin müşayətilə dahi bəstəkar Anton Rubinşteynin piano və orkestr üçün 4 saylı konsertini böyük şövqlə ifa edən Ayan, hər iki konsert zamanı dinləyicilərini klassik musiqinin sehrinə sala bilib.
Yeddi yaşından etibarən dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq və respublika müsabiqələrində və solo konsertlərdə uğurla iştirak edən Ayan Məmmədli hər zaman respublikamızı layiqincə təmsil edib, böyük uğurlar qazanıb. Bu səfərlər içərisində Ayan Məmmədli keçən ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Niderland Krallığının Haaqa şəhərində Azərbaycanın səfirliyində verdiyi konserti özünün ən yaddaqalan səfərlərindən biri hesab edir. Həmçinin elə həmin il BMT-nin “Beynəlxalq ailə günü” münasibətilə Beynəlxalq Sülh Federasiyasının Danimarkanın Kopenhagen şəhərində keçirilən tədbirə Ayan Məmmədlinin dəvət alması və öz çıxışı ilə tədbirin ən yaxşı iştirakçısı seçilməsi tək Ayanın yox, həm də respublikamızın uğurudur. Ayan bu il məktəbin sonuncu sinfindədir. Onunla söhbət zamanı “Palitra”ya bildirdi ki, musiqi təhsilini ali musiqi məktəbində davam etdirib, gələcəkdə mükəmməl musiqiçi olmaq arzusundadır. Böyük istedada malik olan Ayan Məmmədlinin indiyənə qədər qazandığı böyük uğurlar, onun gələcəkdə də mükəmməl bir musiqi mütəxəssisi olacağından xəbər verir. Bu yolda ona böyük nailiyyətlər arzu edirik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019
“Artım”da növbəti tədbir “Ekstatik rəqs”ə həsr olunub
15.07.2019
“İmadəddin Nəsimi-650 illik DƏYƏR” adlı layihənin bağlanış mərasimi keçirildi
14.07.2019
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
13.07.2019
“Ekstatik rəqs” – “Artım”da növbəti tədbir belə adlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info