Bakıda nəhəng nəqliyyat qovşağı istifadəyə verildi
Tarix: 15.04.2019 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


Ölkəmizə səfər edən turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşlarıntəhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaq məqsədi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində Nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağı 50 000 m2 ərazini əhatə edir. 8500 m2 ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılaraq 2000-dən çox ağac əkilib. Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli “Baku Crossway Hotel”i və yenidən təmir olunaraq istifadəyə verilən ikimərtəbəli hostel fəaliyyət göstərir. Qovşaqda minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.
Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən ictimai-iaşə obyektləri, telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir.
Eyni zamanda, nəqliyyat və piyada axınları, avtonəqliyyat vasitələrinin giriş-çıxış yerləri bir-birindən ayrılıb.
Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir.
Nəqliyyat qovşağında Almaniyanın “SAP”şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində “SAP” texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq durumunu, həmçinin, şəhərlərarası və beynəlxalq avtobusların salonundakıvəziyyəti müəyyən etməyə imkan verir. Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir.
“Cisco” şirkəti ilə reallaşdırılan “Ağıllı şəhər” pilot layihəsi isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq.
Sərnişinlər biletləri BBAK-ın, “Silkway” turizm şirkətinin kassalarından və onlayn bilet satışı sistemi vasitəsi ilə “www.avtovagzal.az” saytından əldə edə bilərlər.
Bu istiqamətdə görülən işlərdən biri kimi, müasir bilet kassaları formalaşdırılıb. Kassaların üzərində istiqaməti, istiqamət üzrə biletin qiyməti, perron, avtobusun dövlət qeydiyyat nişanı, avtobusun tutumu və mövcud olan boş yerlər haqda məlumatları əks etdirən monitorlar quraşdırılıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info