UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb
Tarix: 15.04.2019 | Saat: 12:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) idman zalında qadın voleybolçular arasında birinci Liqa Yarışlarına yekun vurulub. Final görüşündə UNEC və “Azərreyl” komandaları qarşılaşıblar. Maraqla və həyəcanla izlənilən oyunda UNEC komandası 3:0 hesabı ilə üstün gələrək yarışın qalibi olub. Qələbə əldə edən UNEC komandası Azərbaycan Super Liqasına vəsiqə qazanıb.
Yarışın sonunda mükafatlandırma mərasimi təşkil olunub. UNEC-in rektoru, professor Ədalət Muradov qalibləri təbrik edərək, onlara gələcək yarışlarında uğurlar arzulayıb. Azərbaycan Super Liqasına vəsiqə qazanan UNEC komandasının gücləndirilməsi istiqamətində lazımi dəstəyin davam etdiriləcəyini bildirən rektor, UNEC-in növbəti mövsümdə də azarkeşlərini sevindirəcəyinə əminliyini ifadə edib.
Final mərhələsində iştirak edən Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Əbülfəz Hüseynov, UNEC-in prorektoru Mikayıl Zeynalov, idman klubunun sədri Mahmud Mustafayev, federasiyanın mətbuat katibi Şəfəq Kərimova və digər qonaqlar qaliblərə medalları təqdim ediblər. UNEC komandasının məşqçiləri Etibar Qasımov və Sergey Titoviçdir.

Anar




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Teymur Rəcəbov məğlubiyyətsiz irəliləyir
16.07.2019
Qurban Qurbanov: Bu oyun bizim üçün ağır olacaq
16.07.2019
18 yaşlı azərbaycanlı futbolçu Çexiya klubuna transfer oldu
16.07.2019
Naxçıvanlı karateçilər beynəlxalq turnirdə səkkiz medal qazanıblar
16.07.2019
Boks üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info