Körpələrin saçı niyə tökülür?
Tarix: 15.04.2019 | Saat: 13:37:00 | E-mail | Çapa göndər


"Körpələrdə saç tökülməsi ilk 6 ayda daha intensiv müşahidə olunur. Bu isə təbii bir prosesdir". Bunu pediatr, uzman həkim Altay Abdullaoğlu bildirib.
Həkim deyib ki, saç tökülməsinin çoxlu sayda səbəbləri var: “Körpə yatarkən başını sürtür və sürtdüyü yerlərdə də saçlar daha çox tökülür. Daha sonra isə tökülən saçların yerində yeni tüklər çıxır. Bundan əlavə saçların tökülməsinə qanda bəzi mühüm mikroelementlərin və vitaminlərin çatışmazlığı da səbəb ola bilir. Buna ən çox dəmir, sink əskikliyi, vitamin D əskikliyini aid etmək olar. Bəzi xəstəliklərdə də saçlar tökülə bilər. Buna zob kimi bilinən, qalxanabənzər vəzin funksiyasının pozulmasını, bəzi autoimmun xəstəlikləri misal çəkmək olar. Bir qədər böyük yaşlı uşaqlarda isə saçların tökülməsinin ən böyük səbəbi yetkin insanlardakı kimi stress faktorudur.
Körpələrdə saç tökülməsi adətən normaldır və elə bir ciddi səbəbi olmur. Böyük yaşlı uşaqlarda isə çox vaxt stressə bağlı olur. Amma tam dəqiqləşdirmək üçün təbii ki, hər zaman həkimə müraciət etmək lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info