ATU məzunu xüsusi beynəlxalq mükafata layiq görüldü
Tarix: 15.04.2019 | Saat: 13:47:00 | E-mail | Çapa göndər


Azərbaycan Tibb Universitetinin (ATU) məzunu Elnur Qarayev nüfuzlu xarici şirkətin xüsusi mükafatına layiq görülüb. O, Fransanın əczaçılıq və kosmetik laboratoriyası, tibbi homeopatiya üzrə dünya liderlərindən sayılan “Veleda” şirkətinin mükafatını alıb. Şirkət tibbi homeopatiya sahəsində aparılan ən yaxşı elmi-tədqiqat işi ilə bağlı müsabiqə keçirib. Qaliblər pul mükafatı və sertifikatla yanaşı, “Veleda” laboratoriyasında təcrübə toplayıb güclərini sınamaq imkanını da qazanıblar. Eınur Qarayev müsabiqəyə “Dağ andızı bitkisinin fitokimyəvi və farmakoloji tədqiqi” dissertasiya işini təqdim edib. İş altı nəfərdən ibarət münsiflər heyətinin dərin marağına və heyrətinə səbəb olduğundan, məxsusi olaraq azərbaycanlı alim üçün yeni nominasiya təsis edilib. Nəticədə ATU məzunu “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb. Qeyd edək ki,bu, Elnur Qarayevin ilk uğuru deyil. O, 2017-ci ildə Fransanın Eks-Marsel Universitetində əczaçılıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15.07.2019
Ötən il təhsil sistemində imtahanla 12 min nəfər daimi işə qəbul olunub
15.07.2019
Yaqub Mahmudova həsr edilən növbəti kitab çap olunub
15.07.2019
Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib
15.07.2019
Demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım var

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info