Tələbələr ARDNŞ-də istehsalat təcrübəsində
Tarix: 30.07.2013 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) respublikamızda fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələri ilə imzaladığı əməkdaşlıq memorandumuna əsasən, həmin təhsil müəssisələrinin tələbələrinin maarifləndirilməsi məqsədilə şirkətdə istehsalata tətbiq edilmiş yeni texnika və texnologiyaların mənimsənilməsi, neft sənayesi və ekologiya sahəsində qazanılmış təcrübədən tələbə və müəllim heyətinin yararlanması, eyni zamanda, tələbələrdə təcrübi biliklərə marağın artırılması istiqamətində tədbirlər davam etdirilir.
Bununla əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin və Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri ARDNŞ-in “Ekol Mühəndislik Xidmətləri” QSC-nin xidmət sahələrində istehsalat təcrübəsi keçiblər. Təcrübə müddətində tələbələrə QSC-nin fəaliyyəti, xüsusilə burada sənaye-axıntı sularının təmizlənməsi, neftşlamın emalı və zərərsizləşdirilməsi prosesləri, eləcə də texnoloji qurğuların iş prinsipləri barəsində ətraflı məlumatlar verilib. Həmçinin tələbələr torpaqların rekultivasiyası departamentinin xidmət göstərdiyi sahələrdə ağaclara aqrotexniki xidmətlərin göstərilməsi ilə tanış olub, onlara QSC-də ətraf mühitin mühafizəsi istiqamətində həyata keçiriləcək yeni layihələr barədə məlumat verilib. QSC-də istehsalat təcrübəsinin səmərəli keçməsi üçün tələbələrə bütün lazımi şərait yaradılıb. Avqust ayında isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının kimya fakültəsinin tələbələrinin də QSC-də istehsalat təcrübəsi keçmələri nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info