Azərbaycan İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb
Tarix: 15.04.2019 | Saat: 13:56:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı fəaliyyətə başlayıb. Rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq.
İnternet-saytın ana səhifəsində “Haqqımızda”; “Struktur”; “Qəbul”; “İnstitut həyatı”; “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb.
“Haqqımızda” bölməsində “Aİİ-nin tarixi”; “Nizamnaməsi”; “Nə üçün Aİİ?”; “Loqo”; “Kataloq”; “Akademk heyət”; “Əlaqə” və “Qalereya” başlıqları altında İnstitutun ictimai həyatı əks etdirilib.
Saytın “Struktur” bölməsində “Rektorluq”; “Elmi Şura”; “İlahiyyat fakültəsi”; “Kafedralar”; “Tədris-Metodiki Şura”; “Tədris şöbəsi”; “Magistratura və doktorantura şöbəsi”; “Həmkarlar İttifaqı Komitəsi”; “Beynəlxalq əlaqələr şöbəsi”; “Tələbə Elmi Cəmiyyəti”; “Tələbə Gənclər Təşkilatı”; “Kitabxana İnformasiya Mərkəzi”; “Ümumi şöbə”; “Hüquqşünas”; “Mətbuat şöbəsi”; “Kadrlar şöbəsi” və “Mühasibatlıq” başlıqlı yazılarda əməkdaşlar və onların fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.
“Bakalavr”; “Magistratura”; “Doktorantura”; “Təqaüd proqramlar”ı haqqında ətraflı məlumtalar rəsmi saytın “Qəbul” bölməsində yerləşdirilib.
ait.edu.az saytında “İctimai fəaliyyətlər”, “Tələbə həyatı” və “Kurslar” başlıqlı yazılara “İnstitut həyatı” bölməsində geniş yer verilib.
Aİİ-nin rəsmi internet səhifəsinin “Beynəlxalq əlaqələr” bölməsində “Tərəfdaş universitetlər”; “Tələbə mübadilə proqramları”; “Səfirliklərlə əməkdaşlıq” başlıqları altında ali təhsil müəssisəsinin xarici fəaliyyəti haqqında məlumatlar işıqlandırılıb.
Saytın “Nəşrlər” bölməsində İnstitutun elmi nəşrləri, qəzet və jurnalları haqqında məlumat verilib.
Sayt yeni funksional bölmələrlə zənginləşdirilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizaynda istifadəyə verilib. Saytın rus və ingilis dillərində də səhifələri mövcuddur.
Məlumat üçün bildiririk ki, hazırda saytda ardıcıl olaraq Aİİ rəhbərliyinin iştirakı ilə keçirilən qəbullar və görüşlər, tədbirlər, seminarlar, “dəyirmi masa”lar və konfranslar haqqında operativ məlumatlar, tədbirlərdən fotoşəkillər və digər informasiyalar yerləşdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Cəfər Cəfərov yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15.07.2019
Ötən il təhsil sistemində imtahanla 12 min nəfər daimi işə qəbul olunub
15.07.2019
Yaqub Mahmudova həsr edilən növbəti kitab çap olunub
15.07.2019
Ali məktəblərə imtahansız qəbulla bağlı 12 mindən çox subbakalavrın ərizəsi təsdiqlənib
15.07.2019
Demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım var

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info