Lukaşenko: “Ankaranın istənilən müstəqil addımı Qərbin təzyiqi ilə qarşılaşır”
Tarix: 15.04.2019 | Saat: 15:18:00 | E-mail | Çapa göndər


“Türkiyə milli maraqlarını qorumaq baxımından doğru yoldadır”


Belarus dövlət başçısı Aleksandr Lukaşenko sabah Türkiyəyə rəsmi səfər edəcək. Lukaşenko səfər öncəsində Anadolu Agentliynə müsahibə verib. Lukaşenko bildirib ki, Qərb ölkələri Tükiyənin mövqeyini bəyənmir və ona görə də tez-tez tənqid edirlər: “Qərb məni də, dostum Ərdoağnı da çox tənqid edir. Ərdoğanı son vaxtlar xüsusilə, çox tənqid edirlər. ABŞ Türkiyənin ortaya qoyduğu mövqe ilə razı olmadığı üçün belə davranır. Türkiyə Rusiyadan ehtiyacı olan və olduqca ucuz qiymətə müdafiə sistemləri alıb. Bu qiymətə həmin sistemləri başqa yerdən almaq mümkün deyil. Buna görə də Türkiyəni artıq tənqid etmirlər, döyməyə çalışırlar. Hər tərəfdən Türkiyənin üzərinə hücuma keçirlər. Ankaranın istənilən müstəqil addımı Qərbin təzyiqi ilə qarşılaşır. Türkiyə milli maraqlarını qorumaq baxımından doğru yoldadır. NATO çatısı altında olmalarına baxmayaraq Türkiyəyə qarşı olan qüvvələr var. Ona görə də Türkiyənin suverenliyi və müstəqilliyini qorumaq baxımından Ərdoğanı bir çox sahədə dəstəkləyirəm. Biz də Belarus dövləti olaraq təxminən eyni durumdayıq və həyata keçirdiyimiz siyasət Qərbin xoşuna gəlmir”. Türkiyənin dünyaya təsirinin çox güclü olduğunu deyən Lukaşenko qeyd edib ki, türk milləti keçmişdə olduğu kimi qəhrəman, ayaqlarını yerə sağlam basan millətdir: “Türkiyə Belarus kimi coğrafi baxımdan önəmli mövqedədir. Türkiyə və Belarus Avropa İttifaqı, ABŞ, Çin, Rusiya, Hindistan kimi dövlətlərin maraqlarının artdığı mərkəzlərə çevrilib. Bu baxımdan əminəm ki, Türkiyə dünya düzənini formalaşdırmaq baxımından mühüm rol oynayacaq”. Son vaxtlar iki ölkə arasında siyasi-iqtisadi-humanitar sahədə əlaqələrin xeyli inkişaf etdiyini deyən Belarus dövlət başçısı qeyd edib ki, ticarət dövriyyəsi 1 milyard dollardır və bu rəqəm münasibətlərin səviyyəsinə uyğun deyil: “3-5 il sonra Türkiyə ilə Rusiya-Türkiyə münasibətləri kimi isti münasibətlərə sahib olmaq istəyirik. Ərdoğan ilə birlikdə iki dövlət arasında münasibətləri Türkiyənin Rusiya ilə olan dostluq münasibətlərindən daha yüksək səviyyəyə çatdıracağıq”. Türkiyənin NATO, Belarusun isə Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvü olmasına baxmayaraq, tərəflərin hərbi sahədə də ortaq iş birliyi nöqtələri tapdığını qeyd edən Lukaşenko deyib: “Prezident Ərdoğan ilə aramızda olan və qarşılıqlı etimada əsaslanan münasibətlər sayəsində əlaqələrimizi daha da inkişaf etdirəcəyik. Türkiyənin yaşadığı məlum olaylardan sonra Ərdoğan ilə daha yaxın əlaqələrəmiz oldu. Bir -birimizi yaxşı anlayırıq. Aramızda qapalı qalan heç bir məsələ yoxdur. Bu münasibətlərimizin pozulmaması üçün dua edirəm”.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”
15.07.2019
Putin Ərdoğanı ölümdən necə xilas etdi? - Video
15.07.2019
“Asiya NATO”su: Çin yeni hərbi alyans formalaşdırmaq planı hazırlayıb
15.07.2019
“Türk Hava Yolları” qitələrarası uzuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info