“Azərenerji” Şüvəlandakı “Şimal-1” Elektrik Stansiyasında itirilmiş 30 MVt gücü bərpa etdi
Tarix: 15.04.2019 | Saat: 15:22:00 | E-mail | Çapa göndər


“Şimal-2” Elektrik Stansiyası isə yay aylarında istismara veriləcək


“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti “Reabilitasiya Proqramı” çərçivəsində Şüvəlan qəsəbəsində yerləşən “Şimal-1” Elektrik Stansiyasında son aylarda təmir, sazlama və bərpa işləri aparıb. Belə ki, stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tona qədər çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək, xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib. Təmirdən sonra yerli mütəxəssislərlə birgə “Mitsubishi”, “General Electrik”, ABB şirkətinin Avropadan və Yaponiyadan olan mütəxəssislərinin iştirakı ilə sınaq işləri aparılıb və “Şimal-1” Elektrik Stansiyası təkrar işə qoşulub.
Ümumilikdə ötən ilin sentyabr ayından sonra aparılan yenidənqurma, təmir - bərpa işləri nəticəsində “Şimal-1” Elektrik Stansiyasının gücü 350 MVt-dan 380 MVT-a qaldırılıb.
Stansiyada görülən işlərlə paralel olaraq təməli Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən qoyulan 400 MVt-lıq “Şimal-2” Elektrik Stansiyasının tikitisi də son aylarda sürətləndirilib və artıq yekunlaşmaq üzrədir. “Şimal-2” Elektrik Stansiyasının enerji blokunda Yaponiyanın “Mitsubishi” şirkətinin mütəxəssisləri ilə birlikdə sazlama işləri davam edir və hər həftənin bir günü qurğu işə salınaraq yoxlanılır. Yay aylarda “Şimal-2” Elektrik Stansiyası istismara buraxılacaq.
Burada tikilən İdarəetmə Mərkəzinin sayəsində “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının paralel istismar edilməsi daha stabil və qənaətcil olacaq. “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kVts elektrik enerjisi istehsalı ediləcək ki, bu da enerjisistem üçün olduqca ciddi nəticədir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı
20.07.2019
“Abşeron“ yatağında borudüzmə işlərinə başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info