Məhkəmə-hüquq sahəsində daha mütəşəkkil və müasir standartlara uyğun sistem yaradılır
Tarix: 15.04.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli: “Ədliyyə Nazirliyi məhkəmələrin və bu sahədə işlərin daha da təkmilləşdirilməsi və islahatların aparılması istiqamətində artıq bir neçə ildir fəaliyyət göstərir”


Bugünlərdə Prezident İlham Əliyev tərəfindən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalanıb. Fərmandan irəli gələn vəzifələrlə bağlı Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli “Palitra”ya açıqlama verdi. O, qeyd etdi ki, fərmanı məhkəmə-hüquq sistemində bir neçə ildir davam edən islahatların yeni bir mərhələsinə keçid kimi qiymətləndirmək olar: “Bundan əvvəl 10 fevral 2017-ci il sərəncamı bu sahədə və penitensiar xidmətdə islahatların aparılması ilə bağlı idi. Bu fərman isə məhkəmə-hüquq sahəsində daha mütəşəkkil və müasir standartlara uyğun sistemin yaradılması üçün atılan addımdır. Burada konkret olar həm Ədliyyə Nazirliyinə, həm Məhkəmə-Hüquq Şurasına, həm də Ali Məhkəmə ayrı ayrılıqda tapşırıqlar yer alıb. Beləliklə də hər bir sistem qarşısında ayrı ayrılıqda vəzifələr qoyulub. Konkret olaraq Məhkəmə-Hüquq Şurasının qarşısında qoyulan vəzifələr isə hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu və "qaynar xətt"in yaradılması, hakimlərin və məhkəmə sədirlərinin peşəkarlıq səviyyəsinin qiymətləndilməsi prosedurlarında şəffaflığın artılması ilə bağlı bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsidir. Həmçinin yeni texnologoiya və vasitələrə daha geniş yer verilməsi ilə bağlıdır. Belə ki, artıq məhkəmə qərarlarının elerktron dərc edilməsi, məhkəmələrdə işlərin təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi, qeyri-prosessual münasibətlərin yolverilməzliyinin təmin edilməsi ilə bağlı bir sira tədbirlərin görülməsi nəzərdə tutulub. Bu da ədalətli hüquq sisteminin yaradılmasına xidmət edir”.
Əhməd Abbasbəyli bildirdi ki, Ədliyyə Nazirliyi məhkəmələrin və bu sahədə işlərin daha da təkmilləşdirilməsi və islahatların aparılması istiqamətində artıq bir neçə ildir fəaliyyət göstərir: “İstər hakimlərin seçilməsi, istər yerli məhkəmələrin texniki və s. avadanlıqlarla təmin edilməsi, ümumiyyətlə, məhkəmə prosesinin şəffaf aparılması ilə bağlı çox ciddi addımlar atılıb. Bu fərman isə məhkəmə sistemində islahatları daha da dərinləşdirmək üçün Ədliyyə Nazirliyi qarşısında bir sıra vəzifələr qoyub. Vəzifələrdən ən vaciblərindən və diqqəti çəkənlərdən biri məhkəmələrin və digər orqanların qərarlarının qanunla müəyyən edilmiş müddətdə icrasının təmin edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, icra məmurlarının süründürməçilik və sui-istifadə hallarına yol vermələrinin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görülməsi və həmçinin bu sahədə effektliyin artırılması məqsəsilə alternativ mexanizmlərin işlənilməsi, o cümlədən icranın özəl qrumlara həvalə edilməsilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və həmin təcrübənin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü barədə məlumatların toplanılmasıdır. Hesab edirəm ki, bu, yeni və inqilabi addım ola bilər. Əgər Azərbaycanda bunun tətbiq olunması məqbul sayılarsa, bu, çox ciddi addım ola bilər”.
Əhməd Abbasbəylinin fikrincə, elektron informasiya məhkəmə sisteminin tətbiq edilməsi də önəmli məsələdir: “Bu sistemdə dərc olunan məhkəmə qərarları lazım gəldikdə effektiv axtarış aparmaq üçün müxtəlif funksiyalı inkanlar yaradacaq. Düşünurəm ki, bu, həm vətəndaşlarımızın, həm də dövlət orqanlarının daha operativ informasiya alması ilə bağlı irəli atılmış addım olacaq”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info