Respublika Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis edib
Tarix: 15.04.2019 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı Sərəncamın icrasına uyğun olaraq müzakirələr aparılıb, təkliflər verilib. Həmin Sərəncamın icrasına uyğun olaraq, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsilə veteranlara və gənclərə mütəmadi olaraq maddi yardım ediləcək. Eyni zamanda, iclasda ittifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün “Yeni nəfəs” Milli Mükafatı (pullu mükafat) təsis olunub. Mükafat hər il 2 avqust - Milli Kino Günündə yaradıcılıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək. Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilib, kino sahəsində çalışan 30-dan çox yaradıcı şəxslər ittifaqa üzv qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub
16.07.2019
“Artım”da növbəti tədbir “Ekstatik rəqs”ə həsr olunub
15.07.2019
“İmadəddin Nəsimi-650 illik DƏYƏR” adlı layihənin bağlanış mərasimi keçirildi
14.07.2019
Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb
13.07.2019
“Ekstatik rəqs” – “Artım”da növbəti tədbir belə adlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info