Bəzi marketlərdə kassa və vitrin qiymətləri niyə bir-birini tamamlamır?
Tarix: 15.04.2019 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanda istehlakçı hüquqlarının qorunması həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir. Dəfələrlə aidiyyəti qurumlar tərəfindən istehlak bazarında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq və qeyri-ərzaq malları satışdan çıxarılır, yaxud da ölkə ərazisinə gətirilərək bazara buraxılmasına imkan verilmir. Amma bu gün istehlakçıların hüquqlarının bəzi işbazarlar tərəfindən fərqli qaydada pozulması halları da baş verir. Artıq satışa saxlama müddəti bitmiş və bu səbəbdən ucuz alınıb vitrinə düzülən məhsulları çıxara bilməyən bəzi market sahibləri asan və hiyləgər üsullarla gəlir qazanmaq yolu seçirlər. Bu üsul isə əvvəllər də istehlakçıların bir neçə dəfə rastlaşdıqları, ərzaqların üstündə qeyd edilən qiymətlə kassada çekə vurulan qiymətin fərqli olmasıdır... Təbii ki, belə hallar da alıcılarda narazılıq yaradır. Bu cür neqativ hadisələrin fonunda kassada alıcının kassirlə mübahisəsi yaranır, istehlakçılar üçün artıq vaxt itkisi, əsəb, gərginlik, hətta məsələnin hüquqi çərçivədə həllinə qədər uzanması da baş verir.
Bu yaxınlarda paytaxtın iki marketində rastlaşdığımız belə arzuolunmaz hal isə məlum üsula əl atan bəzi iş adamlarının hələ də iş başında olmasını göstərdi. Marketdən alış-veriş edəndən sonra kassada malın üzərində yazılan qiymətlə kassirin kompüterə vurduğu qiymət arasında tərs mütənasibliyin yarandığını görüb iradımızı bildirdik. Normalda belə hallar baş verərkən kassir adminstratoru çağırmalı, qiyməti araşdırıb artıq yazıldığını etiraf etməlidir, hətta alıcıdan üzr də istənilməlidir. Çünki istehlakçı təkcə hər hansı bir məhsulun keyfiyyətli və ya zəmanətli olmasına fikir vermir, o seçdiyi malın özünün büdcəsinə uyğun olub olmamasına diqqət edir. Əgər bəzi işbazlar beləcə müxtəlif üsullarla istehlakçının cibinə girməyə çalışırsa, heç şübhəsiz ki, bu, kobud hüquq pozuntusudur. Kassa və vitrin qiymətlərinin bəzi hallarda bir-birini tamamlamaması həmin sahibkarın obyektinə-mağazaya olan inamı da xeyli itirir. Baxmayaraq ki, bununla bağlı da iş adamlarının xeyli sayda bəhanələri olur. Məsələn, bəhanə edilir ki, guya dünən endirimdə olan məhsul imiş, bu gün köhnə qiymətinə qayıdıb, deyə köhnə qiymətin kompüterin sisteminə vurulması yaddan çıxıb və s.
Maraqlısı isə odur ki, iddia olunduğu kimi “yaddan çıxmalar”, “sistem səhvləri”ndəki qiymət fərqləri, nədənsə, hər zaman eyni cür olur. Yəni belə halların baş verdiyi zaman əksər məhsullarda kassa aparatı standart olaraq artıq məbləğ çap edir. Başqa sözlə, daim məhsulun kassa qiyməti vitrin qiymətindən yuxarı olur. Bəzən qiymət fərqi cüzi olduğundan alıcılar bunu hiss etmirlər... Üstəgəl, çox alış-veriş edən müştəri üçün alınan onlarla məhsulun hansının qiymətinin bir neçə qəpik baha olub-olmamasını müəyyən etmək çətin olur. Odur ki, "bir neçə qəpik" adlandırdığımız fərq yüzlərlə çeşid məhsulun satıldığı marketlərdə alıcının diqqətsizliyindən sui-istifadə, əlavə və asan gəlir təsiri bağışlayır. Amma qeyd edək ki, bizim rastlaşdığımız halda qiymət fərqi daha çox idi. "Səhlənkarlıq" donu geydirilən bu cür halların baş verməməsi üçün təbii ki, ictimai qınaq da olmalıdır, mətbuat da zaman-zaman belə arzuolunmaz halları gündəmə daşımalıdır. Qısası, bəzi marketlərin seçdiyi asan gəlir yolu olan belə üsul istehlakçının hüquqlarına ziddir. Bütün hallarda, marketlərdən alış-veriş edərkən diqqətli olmaq lazımdır. Mümkün qədər kassadan verilən qəbzdəki qiymətlərlə vitrindəki qiymətlər tutuşdurulmalı və neqativ hal müşahidə olunan marketlərin rəhbərliyinə irad tutulmalıdır! Əlbəttə, bu gün alıcıları stimullaşdırmaq, onların büdcəsinə xeyir vermək üçün müxtəlif kampaniyalardan da istifadə edən xeyli sayda super marketlər, eləcə də kiçik mağazalar var. Biz bunları deməklə, alıcı rəğbəti qazanan bir sıra super marketlərin fəaliyyətinə kölgə salmaq istəmirik. Amma təəssüf ki, hər zaman olduğu kimi bəzi işbazlar da var ki, onlar alıcıların, istehlakçıların hüquqlarını kobud şəkildə pozurlar...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Pekində Azərbaycanla Çin şirkətləri 821 milyon dollarlıq sənədlər imzalayıb
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info