Tələt Qasımov vəfat edib
Tarix: 30.07.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib. Milli muğam sənətinin tanınmış nümayəndəsi, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Tələt Məmmədağa oğlu Qasımov 2013-cü il iyulun 28-də ömrünün 81-ci ilində vəfat edib.
Tələt Qasımov 1933-cü il iyun ayının 21-də Bakı şəhərində anadan olub. Musiqiyə hədsiz maraq göstərərək hələ erkən yaşlarından xanəndəliyə başlayan Tələt Qasımov Azərbaycan muğamının incəliklərini böyük həvəslə öyrənib, bu qədim mədəni-mənəvi irsin sirlərinə yiyələnib. Məşhur muğam ustaları Zülfü Adıgözəlovun və Hacıbaba Hüseynovun həmin dövrdə onun sənətkar şəxsiyyətinin formalaşmasına böyük təsiri olub. Məhz yüksək istedadı və məharəti sayəsində Tələt Qasımov qısa müddət ərzində öz dəst-xətti ilə seçilən xanəndə kimi tanınıb. O, 1954-1993-cü illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Konsert Birliyinin solisti olaraq fəaliyyət göstərib və ömrünün sonunadək xanəndəlik sənətinə sadiq qalıb.
Tələt Qasımov sələflərinin yaradıcılıq ənənələrini layiqincə yaşadıb və məxsusi ifa üslubu ilə seçilərək xalqımızın çoxəsrlik musiqi mədəniyyəti xəzinəsinə töhfələr vermiş sənətkardır. Əruz vəzninin qaydalarını dərindən mənimsəyən xanəndənin ustalıqla, ahəngdar ifasında bir çox Azərbaycan klassik muğamları, təsniflər və xalq mahnıları musiqi mədəniyyətimizin tarixinə daxil olub. Xalq çalğı alətləri ansamblının müşayiəti ilə keçirilən konsertlərdə, həmçinin xalq bayramlarında, el şənliklərində və ədəbi məclislərdə yaxından iştirak edib, Azərbaycan muğamının populyarlaşmasında təqdirəlayiq xidmətlər göstərib. Tanınmış xanəndə, səmimi və qayğıkeş insan Tələt Qasımovun əziz xatirəsi sənətsevərlərin qəlbində həmişə yaşayacaq. Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə, spiker Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva və digər dövlət rəsmiləri, mədəniyyət xadimləri başsağlığı veriblər. Allah rəhmət eləsin!




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
XİN-in həbsdə olan iki əməkdaşı məhkəməyə müraciət edib
25.09.2020
Evində qətlə yetirilən Tahir Tağıyev polis polkovniki imiş
25.09.2020
Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı
24.09.2020
Hərbi hissəyə basqın edib əsgəri öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib
24.09.2020
Zaqatalada iribuynuzlu mal-qara güllələnib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
3 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
4 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO
5 Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info