Dövlət qulluğu üzrə müsabiqəyə 470 vakant vəzifə çıxarılıb
Tarix: 15.04.2019 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Dövlət İmtahan Mərkəzi (DİM) mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 6 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (79 vəzifə) və B (391 vəzifə) növünə aid olan 470 vakant vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsini elan edir. DİM-dən bildirilib ki, müsahibədə iştirak etmək üçün qeydiyyat müddəti mayın 15-dək davam edəcək. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.
Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilərlər. Bunun üçün namizədlər mayın 15-i saat 18-dək (30 gün müddətində) “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişiklik olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Əks halda namizəd müsahibədə iştirak edə bilməz.
Müsahibədə iştirak üçün müraciət etmiş namizədin forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.
Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıq aradan qaldırıldıqdan sonra namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıq 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd qeydə alınmır. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.
Müsahibə proqramları ilə Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında tanış olmaq mümkündür.
Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatı qeydiyyat başa çatdıqdan sonra Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından əldə edə bilər. Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğundakı staj müəyyən edilir:

-struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;

-vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilmiş müvafiq ali təhsil (ixtisas) üzrə.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Kənd Təsərrüfatı Nazirliyi (432 vəzifə) tərəfindən təqdim olunub.

Vəzifə altqrupları üzrə müsahibəyə təqdim olunmuş vakant vəzifələr haqqında məlumat aşağıda qeyd edilib:
Kənd Təsərrüfatı Nazirliyi (432 vəzifə) – AC1 altqrupu üzrə 2, AC3 altqrupu üzrə 2, AC4 altqrupu üzrə 75, BA4 altqrupu üzrə 3, BB3 altqrupu üzrə 255, BB4 altqrupu üzrə 95;
Energetika Nazirliyi (13 vəzifə) – BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 10;
Şirvan Apelyasiya Məhkəməsi (18 vəzifə) – BA3 altqrupu üzrə 1, BA4 altqrupu üzrə 17;
Hesablama Palatasında BA2 altqrupu üzrə 1 vəzifə;
Sumqayıt Apellyasiya Məhkəməsində BA4 altqrupu üzrə 2 vəzifə;
Xətai Rayon Məhkəməsində BB4 altqrupu üzrə 4 vəzifə.
Ümumilikdə, müsahibəyə çıxarılmış 470 vakant vəzifənin 1-i 4-cü təsnifata, 38-i 5-ci təsnifata, 2-si 6-cı təsnifata, 429-u isə 7-ci təsnifata aid olmaqla, 79-u AC, 37-si BA, 354-ü isə BB vəzifə qrupuna aiddir.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
İntihar etmək istəyən şəxsin həyatı su polisi əməkdaşları tərəfindən xilas olunub
24.04.2019
Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıblar
24.04.2019
Si Cinpin: Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir
24.04.2019
Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub
24.04.2019
Pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info