Varşava Universitetində Azərbaycan tarixi tədris edilir
Tarix: 15.04.2019 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Asiya və Afrikada ənənələr və müasirlik: birgəyaşayış və ya konflikt?” mövzusunda şərqşünasların V Ümumpolşa konfransında Azərbaycan tarixinə dair məruzələr dinlənilib. AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova konfransda “Şərqdə diplomatik missiyalar (Hülakülər, Qaraqoyunlu və Səfəvilər dövrü)” adlı məruzə ilə çıxış edib.
Daha sonra Varşavanın Lazarski Universitetində “Azərbaycan – Qafqazın incisi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanşünaslıq Mərkəzi universitetin tələbə və müəllim heyətini Azərbaycan xalqının tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış edib. Mərkəzin rəhbəri Nərgiz Axundova “Azərbaycan: dünən və bu gün” adlı təqdimat edərək, xalqımızın tarixi kökləri, abidələrimiz, müasir Azərbaycanın inkişafı və onun beynəlxalq arenadakı yerindən danışıb. Lazarski Universitetinin tələbələri isə Bakı şəhərinin görməli yerləri barədə qısametrajlı film təqdim ediblər.

Azərbaycanşünaslıq Mərkəzinin rəhbərliyi ilə Varşava Universitetində Azərbaycan tarixi 4 istiqamətdə (qədimdən Səlcuqlar dövrünədək, orta əsrlər tarixi, Azərbaycanın çar və sovet Rusiyası tərəfindən işğalı və Azərbaycan Respublikasının xarici siyasəti) tədris edilir. Polyak və xarici tələbələr tariximizə böyük maraq göstərirlər. Tələbələr Azərbaycan tarixi barədə təqdimatlar hazırlayır və məqalələr yazırlar. Bundan əlavə, Varşava Universitetində Azərbaycan mədəniyyətinə dair dərslər keçirilir və Azərbaycan dili tədris olunur. Qeyd edək ki, Tarix İnstitutu dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. Polşadakı Azərbaycanşünaslıq Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Yaxın zamanlarda Misirin Qahirə Universitetində də Azərbaycanşünaslıq Mərkəzinin yaradılacağı gözlənilir.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
“Media və təhsil dialoqu” çərçivəsində təlim-konfrans
16.07.2019
Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub
16.07.2019
İbtidai sinif müəllimi olmaq istəyən 4 nəfər yüksək nəticə əldə edib
16.07.2019
“Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib
16.07.2019
Rektor: “BDU-dakı dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info