Borçalıda “Elat mədəniyyəti günü” festivalı
Tarix: 30.07.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Dmanisinin Armudlu gölünün kənarında V “Elat mədəniyyəti günü festivalı” keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri iş adamı, “Borçalı” İctimai Cəmiyyətinin (İB) Gürcüstan nümayəndəsi İsrafil Bayramov açaraq, sözü “Borçalı” İB-in sədri Zəlimxan Məmmədliyə verib. Z.Məmmədli çıxışında Türkiyədən, Təbrizdən, Ukraynadan. Rusiyadan, Borçalının bütün kəndlərindən gələn qonaqları salamlayaraq, Elat mədəniyyətinin böyük bir dəyər olduğunu, bu mədəniyyəti dünyaya tanıtmaq lazım olduğunu bildirib. “Bu gün çox müqəddəs
bir gündür.

Hər kəs yadında saxlasın, 26 iyul siyasətdən uzaq bir müqəddəs gündür. Biz gürcü mədəniyyətinin təməlinin qurulmasını istəyirik və Gürcüstan dövlətini qorumağın, dilini sevməyin şərəf olduğunu qeyd edirik. Hakimiyyətdən bəhrələnmək lazımdır. Bu işdə gənclik nümunəvi olmalıdır. Gəncliyimiz dili bilir, gürcü ali məktəblərinə daxil olur. Biz bununla fəxr edirik”. Sonra Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxış edib, gələn il bu tədbiri dövlətin öz üzərinə götürəcəyini bildirib. Deputat qeyd edib ki, bu yolda qeyrətli eloğlularımız, bələdiyyədə çalışan soydaşlarımız bu layihənin həyata keçirilməsinə kömək etməlidir. Tədbirdə çıxış edən DAK-ın həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Milli Məclisi və ziyalılar adından Elat günləri iştirakçılarını bayram münasibətilə təbrik edib. S. Rüstəmxanlı Azərbaycanın görkəmli dövlət və elm adamlarının Tiflisdə yetişdiyini qeyd edib. “Mən çox sevinirəm ki, Borçalıda adət-ənənələr yaşadılır, inkişaf edir. Dünyanın bir parçası olan mədəniyyət yaşamalıdır. Gürcüstan ərazisində müxtəlif layihələr həyata keçir. Kim deyir ki, Borçalının taleyi gürcü məktəblərindən keçir, bu düz deyil. Borçalının taleyi azərbaycandilli məktəblərdən keçir. Bu məktəbləri bağlatmaq milli xəyanətdir. Dünyaya mədəniyyət dahiləri vermiş torpaq güclüdür. Tiflis bir vaxt Qafqaz müsəlmanlarının mərkəzi olub. “Molla Nəsrəddin” jurnalı burda çıxıb. Bura N. Nərimanovun, M.F. Axundzadənin yaşadığı yer olub. Bu gün yenə burdan dahilər çıxmalıdır,” S.Rüstəmxanlı çıxışında bildirib. Dmanisi rayon bələdiyyəsinin sədri Şamil Əliyev çıxışında gələn il bu zaman Armudlu gölünə qədər uzanan yolu asfaltlaşdıracağını bildirib. Tədbirdə “Qars” sərhəd boyları” dərnəyinin rəhbəri Məhərrəm Yıldırım, Azərbaycanın Gürcüstandakı səfirinin müavini İsrafil Əhmədov, professor Telman Əliyev, Təbrizdən gələn Böyük Bəy Hacı Ələkbər oğlu, Təbriz şairlərindən Səttar Gülməhəmmədi, Huşəng Cəfərli, aşıqlardan Məhbub Xəlili, Bulud Qayabaşı, Türkiyədən gələn aşıqlardan Əmrah Hərəcoğlu, İlqar Civçioğlu, Borçalı aşıqları çıxış ediblər. Tədbirdə eyni zamanda müxtəlif idman yarışları da təşkil olunub. Təbrizdən gələn “Odlar”, Marneulidən gələn “Sarvan” folklor rəqs qrupları, şairlərdən Cəvahir Qaraqızı, Səadət Buta, Sənəm Səbael, Qiymət Məhərrəmli və s .tədbiri daha da gözəlləşdiriblər. Axşam Dmanisidə jurnalistlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yekun tədbiri keçirilib. Tədbirdə bir neçə jurnalistlə bərabər APA-nın Gürcüstan bürosunun müxbiri Nizami Məmmədzadə də “Elin sözü” diplomuna layiq görülüb.





 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Leyla Əliyeva Bakıda 7-ci arena polo üzrə dünya kubokunun final görüşünə baxıb
15.09.2019
Türkiyə “Kərkük-Ceyhan“ı sürətləndirmək istəyir
15.09.2019
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın məzarı ziyarət olunub
15.09.2019
Rusiyanın Uzaq Şərqi su altında qalır
15.09.2019
Mehriban Əliyeva şagird və tələbələri Bilik Günü münasibətilə təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info