Gənclərin Məşğulluğu Proqramına start verilib
Tarix: 15.04.2019 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Gənclər Fondu işə düzəlməkdə çətinlik çəkən gənclərin məşğulluğunun artırılması məqsədilə əməkhaqqının qismən maliyyələşdirilməsi proqramına start verib. Bununla bağlı keçirilən tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov proqram barədə məlumat verib. Bildirib ki, gənclərimiz daim dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyevin bütün fəaliyyətində gənclərin maraqları, onların üzləşdiyi problemlərin həlli daim əsas götürülür. Fərid Cəfərov deyib ki, Gənclər siyasəti haqqında Qanun və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin məşğulluğunun artırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Bu xüsusda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə gənclərin məşğulluğunu təmin etmək, eləcə də işə düzəlməkdə çətinlik çəkən gənclər üçün əlavə iş yerləri yaradan işəgötürənləri həvəsləndirmək məqsədilə, gənclərin işə cəlb edilməsini nəzərdə tutan layihələr çərçivəsində gənclərə ödəniləcək əməkhaqqının qismən maliyyələşdirilməsi Fondun vəzifələri sırasına daxil edilib. “Bununla əlaqədar Gənclər Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birlikdə 16-29 yaşına qədər olan orta ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verir. Proqramın həyata keçirilməsi gənclərin uğurlu karyera planlaşdırılmasına (ixtisas üzrə iş tapmaq), əlavə iş yerlərinin yaradılmasına (xüsusilə də regionlarda), gənc müraciətçinin ilk iş təcrübəsini əldə etməsinə, əmək bazarında rəqabətin artırılmasına töhfə verəcək” - deyə F.Cəfərov bildirib. İcraçı direktor qeyd edib ki, işə qəbul olunan gənclərin əmək fəaliyyətinə Gənclər Fondu tərəfindən davamlı olaraq monitorinq nəzarəti həyata keçiriləcək. Birinci mərhələdə Bakı şəhərində və digər regionlarda özəl sektorda fəaliyyət göstərən şirkətlər tərəfindən 70-80 vakansiya verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev tədbirdə çıxış edərək deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə davamlı və dayanıqlı islahatlar keçirilir: “Bu islahatlarda gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycanın gələcəyi naminə onların layiqli işlə təmin olunması və ölkəmizin ictimai-siyasi, sosial və digər sahələrdə fəal rol almaları üçün dövlət dəstəyinin həyata keçirilməsi üçün ciddi addımlar atılır. Gənclərimiz Azərbaycan əhalisinin 25 faizindən çoxunu təşkil edir. Gənclər siyasətinin nəticəsi olaraq, onlar bu gün ölkəmizin həyatının müxtəlif sahələrində aparıcı rollara malikdirlər”. Gənclər siyasətinin həyata keçirilməsində Gənclər Fondunun fəaliyyətini qeyd edən Dövlət Məşğulluq Xidmətinin rəisi deyib ki, həyata keçirilən bu növbəti proqram da bunun əyani sübutudur. Fuad Musayev, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin məşğulluq istiqamətində görülən işlər barədə məlumat verib. O, təmsil etdiyi qurum tərəfindən gənclərin məşğulluğunun artırılması üçün bu proqrama dəstək verməyə hazır olduğunu deyib. Sonra proqramın təqdimatı keçirilib. Proqramda iştirak etmək istəyən gənclər Fondun internet səhifəsində qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiyaya müraciətlərini göndərə bilərlər. Bakı və regionlarda yerləşən Gənclər evlərində proqram barədə infosessiyalar təşkil ediləcək, bununla yanaşı, müraciət etməkdə çətinlik çəkən şəxslərə Gənclər evlərində müvafiq texniki yardım göstəriləcək. Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcək. Gənclər, həmçinin Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Naxçıvanda Türkiyənin 15 iyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı tədbir keçirilib
15.07.2019
Şəkidə baş verən bədbəxt hadisə zamanı ağır xəsarət alanlardan 1 nəfər dünyasını dəyişib
15.07.2019
Ölkədə maqnit qasırğası var?
15.07.2019
Rasim Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
15.07.2019
DİN vakant polis nəfəri vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info