I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə Prezident təqaüdü təsis edilib
Tarix: 15.04.2019 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyev “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fərmana əsasən “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis olunub və onun aylıq məbləği 50 manat müəyyən edilib. Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə veriləcək və təqaüdü almaq hüququ olan şəxslərdən yalnız birinə ödəniləcək. Təqaüd bu məqsədlər üçün dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış xərclər hesabına həmin nazirlik tərəfindən ödəniləcək. Fərmanda, həmçinin Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info