“İaşə müxalifəti” daim qrant axtarışındadır
Tarix: 15.04.2019 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Son vaxtlar Azərbaycan haqqında əks-təbliğat kampaniyası aparmağı özləri üçün fəaliyyət istiqaməti seçənlər yenidən fəallaşıblar. Xaricdə yaşayan bir qrup mühacirin bu istiqamətdə daha çox fərqləndiyini demək olar. Bu adamlar üçün nə xalq, nə Vətən, nə də dövlət anlayışı mövcud deyil. Əslində, özləri də dövlət maraqlarına zidd addımların atılmasının heç kəsə başucalığı gətirmədiyini gözəl anlayırlar. Bəs bunu bilə-bilə niyə bu cür yol seçiblər? Təbii ki, “ayının min oyunu var, bir armudun başında” misalı... Yəni bütün bu siyasi oyunlar təbii ki, qranta görədir. Hətta qışda “iaşə müxalifətini” təmsil edən iki nəfər-Tural Sadıqlı ilə Məhəmməd Mirzəli arasında, konkret olaraq, ayrılan qrant üstündə dava da düşmüşdü. Bir tərəf digərini ayrılan qrantın hamısını mənimsəməkdə günahlandırmışdısa, əvəzində, ittiham olunan Tural Sadıqlı isə onu söyən Məhəmməd Mirzəlini agentlikdə suçlamışdı. Bu kimi onlarla misallar göstərmək olar ki, xaricdə oturub xalqa ağıl öyrədən bu destruktiv qüvvələrin marağının yalnız pul, qrant olduğu aşkar görünür.
Ötən il seçki ili olduğu üçün daha çox aktiv görünməyə çalışan beş-on mühacirin ayrı-ayrı Avropa ölkələrində keçirdikləri aksiyalar, küçə səviyyəsində olan videoçəkilişlər və s. bu il azalıb. Təbii ki, bu da əvvəlki ildən fərqli olaraq bu il həmin gənclərə maliyyənin az ayrılmasına görədir. Orduxan Temirxanın məlum iyrənc videoçəkilişləri, Məhəmməd Mirzəlinin Fransadakı aksiyaları bərpa olunsa da, əvvəlki effekti vermir. Effekt deyəndə ki, düzü, heç ötən il də bu cür anormal aksiyaların heç bir effekti olmurdu. Yəni nə onları dəstəkləyən olurdu, nə də ki bu aksiyaları sosial şəbəkələr üzərindən izləyən. Uzağı 200 nəfərin bəyənib izlədiyi bu cür fəaliyyəti cəmiyyətimiz heç vaxt qəbul etməyib. Avropaya köçəndən sonra orada bu şəxslərin özləri üçün yaradılan şəraitdən sui-istifadə edib, dövlətimizin, xalqın mənafeyinə, milli maraqlarımıza zidd addımlar atmaları təbii ki, yolverilməzdir.
O da bəllidir ki, belə siyasi mübarizə metodu seçənlərin böyük əksəri ölkəmizdə uğursuzluğa düçar olanlardırlar. Digərlərinin isə nəinki siyasi savadları, heç danışıq qabiliyyətləri belə, yoxdur. Sosial şəbəkələrin verdiyi imkanlardan mənfi yöndə istifadə edən “iaşə müxalifəti”nin təmsilçiləri “Facebook” “YouTube” vasitəsilə həqiqətə uyğun olmayan, uydurma, böhtan xarakterli məlumatlar yayırlar. Təbii ki, xalq da nəyin doğru, nəyin uydurma və ya böhtan olduğunu aşkar görür. Bəlkə də dünyanın heç bir yerində müxalifəti təmsil edənlər belə antimilli çağırışlar səsləndirmirlər. Yalnız bizim müxalifət nümayəndələri siyasi fəaliyyətlərində müxaliflikdən başqa hər bir işlə məşğul olurlar.
Dəfələrlə yazmışıq və bu adamların iç üzünü açıb ortaya qoymuşuq ki, söyüş və təhqiri siyasi mübarizə metoduna çevirənlər heç vaxt uğur qazanmayacaqlar. Söyüş və təhqiri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda mübarizə formasına çevirməklə yalnız nifrət qazana bilərsiniz. Xaricdən ayrı-ayrı məmurları təhqir etmək necə yanlışdırsa, daxildə də Avropadan təhqirlər yağdıran bu gənclərə dəstək vermək o qədər yanlışdır... Təbii ki, bu işdə Azərbaycan Xalq Cəbhəsi Partiyası, “milli şura” nümayəndələri, ayrı-ayrı müxalif jurnalistlər və b. kimi yanlış yön seçənlər xüsusi fərqlənirlər. Qısası, “iaşə müxalifətinin” son fəaliyyəti ötəridir, çox güman ki, yenidən hansısa təşkilatdan qrant almağa hesablanıb.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağ məbəd-kompleksi ətrafında yaranmış vəziyyətlə bağlı bəyanat yayıb
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info