Almatıda II Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirilib
Tarix: 15.04.2019 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Qazaxıstanın Almatı şəhərində ikinci Qazaxıstan-Azərbaycan Turizm Forumu keçirildi. Tədbir Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və Qazaxıstan Turizm İnstitutunun dəstəyi ilə reallaşıb. Forumda Qazaxıstan və Azərbaycanın turizm sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Tədbirdə “Qazax Turizm” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Timur Duysenqaliyev, Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatıdakı nümayəndəsi Ramil Rzayev, “Rayda Tour Operator” turizm şirkətinin inkişaf üzrə direktoru Veronika Lübçenko və digərləri iştirak edib. “Qazax Turizm” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Timur Duysenqaliyev Qazaxıstandan Azərbaycana yeni aviareysin açılmasının zərurəti, həmçinin yeni turizm perspektivləri - Xəzər dənizində turların təşkil olunmasının vacibliyindən danışdı. Natiq qeyd edib ki, Azərbaycan və Qazaxıstan vətəndaşlarının qarşılıqlı səfərlərinin artırılması rəhbərlik etdiyi qurumun diqqət mərkəzində olan məsələlərindəndir. T.Duysenqaliyev 2017-ci il aprelin 3-də Qazaxıstanın Birinci prezidenti Nursultan Nazarbayevin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşündə Qazaxıstan-Azərbaycan münasibətlərinin yeni formatda işə salınmasının bəyan edildiyini xatırladaraq bununla iki qardaş ölkə arasında daha sıx və uğurla inkişaf edən qarşılıqlı əlaqələrə imkan yaradıldığından bildirib. O, həmçinin 2018-2020-ci illər üçün işlənib-hazrılanmış ikitərəfli iqtisadi əməkdaşlığın yol xəritəsində prioritet sahələr müəyyənləşdirildiyini də qeyd edib. Qeyd edilib ki, turizm gündəmdə olan sahələrindən biridir və bu istiqamətdə artıq ciddi nailiyyətlər mövcuddur. Daha sonra Azərbaycanın Qazaxıstandakı səfirliyinin nümayəndəsi Ramil Rzayev forum iştirakçılarına səfir Rəşad Məmmədovun müraciətini oxuyub. Müraciətdə son illər qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində əməkdaşlığın genişlənməsinin müşahidə olunduğu vurğulanıb. Bildirilib ki, bu da təəccüblü deyil, çünki münasibətlərimiz ümumi tariximizə, dil və mədəni birliyimizə əsaslanır. Həm Azərbaycan, həm Qazaxıstan böyük turizm potensialına malikdir. Ölkələrimizdə turizm sahəsində birgə layihələrin həyata keçirilməsi üçün münbit şərait var və belə Forumların keçirilməsi qarşılıqlı fəaliyyətin müzakirəsi və səmərəli əməkdaşlığın inkişafı üçün gözəl imkandır. Yeni aviareyslərin açılması vurğulanan müraciətdə Azərbaycanın milli aviaşirkəti “AZAL” tərəfindən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm reyslərin açılması, bu marşrutun ölkələrimizə böyük uğur gətirəcəyi, turizm sahəsinin daha da inkişaf etdirilməsinə kömək edəcəyi qeyd edilib. "Rayda Tour Operator" şirkətinin inkişaf üzrə direktoru Veronika Lübçenko, Naftalan şəhərindəki mehmanxanaların satışı üzrə direktor Mirağa Seyidov, Qalaaltı kurortun satış üzrə direktoru Fəxri Qafarlı, eləcə də Bakı şəhərindən olan mehmanxanalarının nümayəndələri Azərbaycanın turizm imkanları haqqında ətraflı məlumatlar verdilər və təqdimatlar keçiriblər. Forum B2B formatında iki ölkənin işgüzar dairələri arasında qeyri-rəsmi informasiya mübadiləsi aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.08.2019
Turizmin internetdə təbliği ilə bağlı ekspertlərin rəyləri öyrənilir
21.08.2019
Azərbaycanın turizm potensialı Hindistanda təbliğ olunacaq
20.08.2019
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
18.08.2019
Azərbaycanda şərab turizmini inkişaf etdirmək üçün böyük potensial var
16.08.2019
Rusiyalı turistlər üçün cənub bölgəsinə infoturlar təşkil edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info