Paşinyanın AŞPA yalanı ifşa edildi: 50 min iş yeri harada açılıb?
Tarix: 15.04.2019 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


“İrs” partiyası hökumət başçısından 10 ayda 50 mindən çox yeni iş yerinin açılması məsələsinə aydınlıq gətirməsini tələb edir

Ermənistanın Armavir vilayətinin Zartonk kəndinin sakinləri sosial problemlər səbəbindən etiraz aksiyası keçiriblər. Erməni KİV-ləri xəbər verir ki, narazı kütlə icra başçısının istefası tələbi ilə kənddən keçən Yerevan-Gümrü dəmir yolunu bağlayıblar. Aksiya iştirakçıları bildiriblər ki, bir il bundan əvvəl inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan Ermənistanda bütün problemlərin həll ediləcəyəni demişdi. Lakin bundan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də insanlar sosial problemlərdən əziyyət çəkirlər. Ötən bir il müddətində Paşinyan və komandası problemlərin həlli istiqamətində ciddi addımlar atmayıb. Aksiya zamanı kəndlilər arasında atışma baş verib. Bir sakin ov tüfəngindən atəş açaraq digər iki ermənini yaralayıb. Daha üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) tribunasından son 10 ayda ölkədə 50 mindən çox yeni iş yerinin açıldığını bəyan edib. Ermənistanda fəaliyyət göstərən “İrs” siyasi partiyası hökumət başçısından bu iş yerlərinin harada açıldığına aydınlıq gətirməsini tələb edib. Partiyanın Paşinyana ünvanlandığı açıq məktubda deyilir ki, baş nazirin AŞPA-nın sessiyasında “məxməri inqilabdan” sonra ölkədə 50 mindən çox yeni iş yerlərinin yaradılması bəyanatı ağlabatan deyil. Qeyd olunub ki, cəmiyyət əmək bazarında işçi qüvvəsinin 10 faizini təşkil edən bu rəqəmin respublikada işsizliyin artması və dövlət idarələrində aparılan ixtisarlar fonunda əsaslandırılmasına ehtiyac duyur. Məktubun müəllifləri rəsmi statistikaya müraciət edərək həqiqi rəqəmləri göstəriblər. Belə ki, 2019-cu ilin fevralında Ermənistanda işsizlərin sayı 228,8 min, yaxud əməkqabiliyyətli əhalinin 20,8 faizi qədər olub. Əlavə edilib ki, bu rəqəm əvvəlki ayın göstəricilərindən fərqlənmir. Məktubda yazılır: “Sənaye istehsalının vəziyyəti barədə analitik hesabatlarda bildirilir ki, bir çox sahələrdə, o cümlədən metallurgiya və dağ-mədən sənayelərində göstəricilərin açıq-aydın geriləməsi müşahidə olunub. Demək, həmin müəssisələrdə iş yerləri də azalıb”. Siyasi partiya ümidvar olduğunu bildirib ki, baş nazir açılan iş yerləri barədə real statistikanı təqdim edəcək və bu inkişafın hansı sahələrdə getdiyini göstərəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib
23.04.2019
Ermənistandakı Rusiya bazasının təyyarələri yeniləri ilə əvəzlənəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info