Qızdırmalı xəstələrə qulluq
Tarix: 16.04.2019 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Əziz xanımlar, bu dəfə sizə qızdırmalı xəstələrə necə qulluq etmək lazım olduğu haqda xəbər hazırlamaq qərarına gəldim. Güman edirəm ki,sizin üçün faydalı olar.

Temperatur qalxandan düşənə qədər xəstələrə qulluq etmək lazımdır. Temperatur qalxmağa başladıqda xəstə titrəyir, dodaqları göyərməyə başlayır. Bu an xəstəyə rahatlıq yaratmaq,yerinə uzatmaq,üstünü qalın örtmək,ayaq tərəfə isitqaç qoymaq,qapı-pəncərəni örtmək,tünd şirinçay vermək və xəstənin pisixoloji vəziyyətinə fikir vermək lazımdır.
Həddindən artıq qızdırmalı xəstələri tək qoymaq qorxuludur. Çünki xəstə qızdırmanın təsirindən özündə olmur. Buna görə də qızdırmalı xəstələrin yanında mütləq kimsə olmalıdır.
Temperatur qalxıb-endikcə xəstə zəifləməyə başlayır. Bunun üçün xəstənin bədənin müvqavimətini artırmaq üçün ona duru, kalorili və tez həzm olunan yeməklər vermək lazımdır.
İştah azaldığı üçün xəstəni gündə 5-6 dəfə az porsiyalarla yedizdirmək lazımdır. Ən əsası çoxlu meyvə yedizdirmək, xörək duzunu azaltmaq lazımdır. Çünki bu dövürdə xəstənin ağzı, dodaqları quruyur. Dodaqlar quruduğu üçün tez-tez sulu salfetlə silmək lazımdır.
Qızdırmanı salmaq üçün ən asan üsul: xəstənin alnına və boynuna dəsmalı sirkəli su ilə isladıb soyuq kompres qoymaq lazımdır. Bundan sonra qızdırma birdən-birə düşə bilər. Qızdırmanın birdən-birə düşməsi normal hal deyil. Əgər belə hal baş versə, təyziq də birdən düşür. Təyziqi qaldırmaq və xəstəni normal vəziyyətinə qaytarmaq üçün dəri altına meraton,kafein və adrenalin vurmaq lazımdır. Körpə üşaqlara isə "Panadol" siropu vermək lazımdır. Qızdırmanı salmaq üçün dimedirol, analqin və novokain iynələri də kömək edə bilər.




 
Bölməyə aid digər xəbərlər
14.07.2019
Neçə saat yatmalıyıq?
13.07.2019
Hər gün 60 qram qoz-fındıq 2-ci tip diabetə müsbət təsir göstərir
12.07.2019
Xərçəng riskini artıran içkilər
11.07.2019
Dəfnə yarpağının bu xüsusiyyətləri də var imiş
10.07.2019
Meyvə şirələri içmək həmişə vacibdirmi?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info