TANAP vasitəsilə sınaq qaz tədarükü başlayıb
Tarix: 16.04.2019 | Saat: 01:44:00 | E-mail | Çapa göndər


"Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.
Bu barədə Trend-ə TANAP konsorsiumundan mənbə bildirib.
Konsorsiumdan deyilib ki, bu, sistemin sınaqdan keçirilməsi üçün istifadə olunacaq təbii qazdır: "Təbii qazın kommersiya tədarükü Transadriatik qaz kəməri (TAP) qazı qəbul etməyə hazır olduqdan sonra başlayacaq. TANAP bütün mərhələlərdə hazırdır, lakin TAP hazır olmayana qədər qazın Avropaya kommersiya tədarükü mümükün deyil".
Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.
İyunun 12-də Türkiyənin Əskişəhərdə TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
Boru kəməri 2019-cu ilin iyununda Yunanıstan sərhədinə çatacaq. Sınaq işlərindən sonra ilin sonunadək Yunanıstana təbii qaz nəql ediləcək.




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
İntihar etmək istəyən şəxsin həyatı su polisi əməkdaşları tərəfindən xilas olunub
24.04.2019
Azərbaycanın Naxçıvan və Bolqarıstanın Veliko Tırnovo şəhərləri qardaşlaşıblar
24.04.2019
Si Cinpin: Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir
24.04.2019
Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşü olub
24.04.2019
Pensiya sisteminin inkişafına dair 5 illik plan hazırlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info