Bakıda Qlobal Sağlamlıq Turizmi Forumu keçiriləcək
Tarix: 16.04.2019 | Saat: 12:43:00 | E-mail | Çapa göndər


22-24 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Dövlət Turizm Agentliyinin rəsmi dəstəyi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyası keçiriləcək.
“Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerçəkləşdiriləcək tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur. Forumda AR İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosiasiyası, turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı planlaşdırılır.
5-ci Assambleyada quruma yeni sədr seçilməsi və sonda Bakı deklarasiyasının qəbul olunması nəzərdə tutulur.
Forum rəsmi görüşlər və danışıqlar, plenar və panel iclasları, yerli və xarici sağlamlıq turizm müəssisələrinin sərgisindən sonra xarici nümayəndələrinin Naftalan, Qalaaltı, Duzdağ və İstisu müalicəvi- sağlamlıq mərkəzlərinə tanışlıq səfəri təşkil ediləcək.
Məlumat üçün bildirək ki, QSTŞ 2013-cü ildə Monakoda keçirilən Beynəlxalq Tibbi Səyahət Konfransında Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə təsis edilib və indiyədək təşkilatın 4 zirvə toplantısı qismində sayılan forumu keçirilib. QSTŞ-nin 60-a yaxın üzvləri sırasında ABŞ, AFR, Böyük Britaniya, Türkiyə, Polşa, Yunanıstan, Macarıstan, Bolqarıstan, RF, Ukrayna, Gürcüstan, Çin Xalq Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan, İordaniya Krallığı, Səudiyyə Ərəbistanı və başqa nüfuzlu ölkələr təmsil olunur.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası Qlobal Sağlamlıq Turizm Şurasında Azərbaycanı ləyaqətlə təmsil edir və 2014-cü ildən etibarən bu təşkilatın İdarə Heyətinin üzvüdür. 2018-ci ilin aprelində QSTŞ-nin Türkiyədə keçirilən növbəti Zirvə Toplantısında AHTTSA-nın sədri Ruslan Quliyev bu beynəlxalq qurumun prezidenti seçilib və Azərbaycan Respublikası qeyd olunan mötəbər təşkilata rəhbərlik etmək hüququ ilə növbəti sahib ölkə qismində təsdiq edilib.
Qeyd edək ki, QSTŞ Forumunun Azərbaycanda keçirilməsi ölkəmiz üçün regional və beynəlxalq miqyaslı mühüm və praktiki əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun məntiqi davamı qismində təqdim olunacaq bu tədbirdə respublikanın müalicəvi-sağlamlıq turizm sahəsində mövcud potensialı, real imkanları və perspektivləri nümayiş etdiriləcək, həmçinin ölkəyə yeni keyfiyyətdə turist axınına nail olunması ilə yanaşı, bu sahəyə xarici və daxili investisiyaların cəlb edilməsinə zəmin yaradılacaq. Forum "Pullman Baku" hotelində aprelin 22-də saat 09.00-da öz işinə başlayacaq.

Nigar





 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Gələn ildən başlayaraq turistləri ildə iki dəfə kosmosa yollayacaqlar
14.07.2019
Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edir
14.07.2019
Şəkidə baş vermiş hadisədə xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir
13.07.2019
Acarıstan kurortlarında dincəlmək istəyən rusiyalı turistlərin 80 faizi sifarişləri ləğv edib
11.07.2019
İlin birinci yarısında Azərbaycanı 6,5 faiz çox xarici qonaq ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info