Nərimanov rayonunda 12 kilometrlik küçə və yollar təmir edilir
Tarix: 16.04.2019 | Saat: 12:54:00 | E-mail | Çapa göndər


Paytaxtın Nərimanov rayonunda 12 kilometr uzunluğa malik küçə və yollarda təmir işləri görülür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, hazırda təmir-bərpa işləri rayonun 2 yaşayış sahəsinin yollarında, 7 küçədə və bu küçələrə birləşən ara yollarda aparılır. İşlər ümumi uzunluğu 12 kilometr olan küçə və yolların təqribən 50 min kvadratmetr sahəsini əhatə edir. Bu, “Böyükşor” və “Daş karxanası” yaşayış sahələrinin 4,5 kilometr uzunluğa malik yolları, həmçinin 2,5 kilometr uzunluğunda olan Arif Hacıyev, Aşıq Qərib, Xan Şuşinski, Faiq Yusifov küçələri, Həsən Əliyev və Yusif Vəzir Çəmənzəminli küçələrinin bir hissəsi, eləcə də ümumi uzunluğu 5 kilometrlik Molla Cümə küçəsi və bu küçəyə birləşən ara yollardır. Artıq uzunluğu 480 metr olan Aşıq Qərib və 225 metr uzunluğa malik Xan Şuşinski küçələrində təmir işləri yekunlaşıb.
Bu yollar vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxaracaq. Təmir-tikinti işləri ilkin mərhələdə sözügedən ərazilərdə aparılır. İşlərin yekunlaşması ardıcıllığına uyğun olaraq Nərimanov rayonu üzrə digər küçə və yollarda işlərin davam etdirilməsi nəzərdə tutulur. Rayon ərazisində ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi, əsas sosial obyektlərin yerləşdiyi və uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, hazırda yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda təmir-bərpa işləri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım veriləcək
23.04.2019
Lökbatan-Funikulyor istiqamətində müvəqqəti marşrut xətti təşkil edilib
23.04.2019
Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23.04.2019
Ankaradan Bakıya həftədə 3 gün uçuşlar təşkil olunacaq
23.04.2019
Xaçmazda İmadəddin Nəsiminin abidəsi ucaldılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info