ASCO “TransRussia-2019” sərgisində Azərbaycanın milli pavilyonunda təmsil olunur
Tarix: 16.04.2019 | Saat: 13:09:00 | E-mail | Çapa göndər


Moskvada “TransRussia-2019” 24-cü beynəlxalq nəqliyyat-logistika və nəqliyyat texnologiyaları sərgisi keçirilir. Aprelin 15-dən-17-dək davam edəcək sərgidə ilk dəfə olaraq Azərbaycanın nəqliyyat-logistika potensialını əsk etdirən milli pavilyon da fəaliyyət göstərir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) bildirilib ki, ümumilikdə 120 kvadratmetr sahədə qurulan pavilyonda ASCO, “Azərbaycan Dəmir Yolları” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin stendləri yerləşir. Bundan başqa, “TransRussia-2019” sərgisində ASCO-nun törəmə şirkəti “ACSC Logistics” MMC də öz xüsusi stendi ilə təmsil olunur. Sərgidə ölkəmizi təmsil edən qurumların stendləri xüsusi marağa səbəb olub. Stendlər həm vizual, həm də informasiya dolğunluğuna görə digərlərindən fərqlənir. Azərbaycan nümayəndələri ziyarətçilərə ölkəmizin tranzit potensialı, dəmir yolu, dəniz nəqliyyatı ilə daşımalar, limanlarımızın imkanları, Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizləri və marşrutları, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanları barədə ətraflı məlumat veriblər.
Ölkəmizin milli pavilyonu xarici KİV nümayəndələrinin də diqqət mərkəzində olub. Təmsilçilərimiz jurnalistləri maraqlandıran sualları cavablandırıblar. Bildirilib ki, son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi istiqamətində mühüm layihələr həyata keçirilib. Aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmiz beynəlxalq yükdaşımalarda regional qovşağa çevrilib.
Sərgiyə 27 ölkədən ümumilikdə 395-dən çox şirkət qatılıb. Onlar müxtəlif nəqliyyat növləri ilə yüklərin daşınması, liman və terminallarda yüklərin idarə edilməsi və daşınması üzrə xidmətlərini təqdim edirlər. Sərginin ilk günündə ziyarətçilərin sayı 16 min nəfərdən çox olub. Sərgi çərçivəsində Azərbaycan təmsilçiləri dünyanın müxtəlif ölkələrindən olan şirkət nümayəndələri ilə ikitərəfli görüşlər keçiriblər. Konkret mövzular ətrafında fikir mübadiləsi aparılıb, işgüzar əlaqələrin qurulması barədə ilkin razılıq əldə edilib. Ötən gün isə burada təmsil olunan şirkət nümayəndələrinin iştirakı ilə Qala gecə keçirilib. Azərbaycanın milli stendi “Ən yaxşı milli ekspozisiya” nominasiyası üzrə qalib olub.




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutdu
23.04.2019
AtaBank kompensasiya ödənişlərinin verilməsinə başladı
23.04.2019
Gürsel Baran: “Bakı-Tbilisi-Qars dəmir yolundan əldə ediləcək gəliri təsvir etmək mümkün deyil”
23.04.2019
Vüsal Qasımlı: “Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir”
23.04.2019
Sağlamlıq turizmi sahəsində kiçik və orta sahibkarların aktivliyi artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info