ABŞ-da güclü partlayış olub
Tarix: 30.07.2013 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


ABŞ-da kimya zavodunda partlayış olub. “The Orlando Sentinel” bildirir ki, Amerikanın Florida ştatında qaz emalı zavodunda baş verən partlayışın səsi hər yeri bürüyüb. RBK bildirir ki, hadisə Tavares şəhərindən bir neçə kilometr uzaqda yerləşən “Blue Rhino” firmasının propan emalı üzrə zavodunda oldu. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə güclü gurultu olub, sonra zavodun binasını alov bürüyüb. Şahidlər qeyd ediblər ki, bu bomba səsinə bənzəyirdi.
Partlayış dalğası elə güclü olub ki, hadisə yerindən təxminən 10 kilometrdə yerləşən Maunt Doranın sakinləri də bunu hiss ediblər. İlkin ehtimala görə, qəza kimyəvi maddələrin partlayışından yaranıb. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib. Yaxınlıqdakı şəhər sakinləri təcili olaraq evakuasiya edilib.
Zərərçəkmişlərin dəqiq sayı hələ məlum deyil. On nəfər insan itkin düşmüş hesab edilir. Leyk qraflığının şerifinin ofis nümayəndəsi leytenant Con Xerell yerli mətbuata müsahibəsində bildirib ki, çoxlu tələfat olacağı güman edilir. İstisna deyil ki, gecə növbəsinin bütün işçiləri partlayışın qurbanı olub. Hadisə yerinə gələn jurnalistlər xəbər verirlər ki, artıq bir neçə xilasetmə vertolyotu yaxınlıqda yerləşən xəstəxanaya uçub.
Elnarə




 
Bölməyə aid digər xəbərlər
17.09.2020
ABŞ-da son gündə COVID-19-dan 1 123 nəfər vəfat edib
17.09.2020
“Türkiyənin şantaja baş əyməyəcəyi başa düşüldü“
17.09.2020
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
17.09.2020
Prezident Ərdoğan Makrona reaksiya verib
17.09.2020
Kanadada avtomobil 9 piadanı vuraraq hadisə yerindən yayınıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11600

1 Aparıcı dovşanlarına malikanə tikdirib-VIDEO
2 6500-dən çox şəxsin əsassız əlillik təyinatı ləğv edilib
3 Masallıda “Bu günün gəncləri sabahın qurucularıdır ” mövzusunda onlayn videokonfrans keçirilib
4 Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının ilk onlayn – müsabiqəsi
5 “Məhəbbət əfsanəsi” və ya əfsanəyə dönmüş ömür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info