PA rəsmisi: “Radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar”
Tarix: 16.04.2019 | Saat: 13:43:00 | E-mail | Çapa göndər


Azərbaycanda dini və etiqad azadlıqları təmin edilir. Xarici nümayəndələr də Azərbaycan dövlət-din münasibətlərini nümunə gətirirlər.Bunu Azərbaycan Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Əliheydər Zülfüqarov “Dini-ideoloji təhlükəsizlik və media” adlı konfransda deyib.
Ə.Zülfüqarov bildirib ki, müxtəlif dini konfessiyalar Azərbaycanda qarşılıqlı hörmət əsasında fəaliyyət göstərirlər və Azərbaycanda tolerantlıq ənənələri əsrlər boyu mövcud olub.
PA rəsmisi vurğulayıb ki, Azərbaycanda dini sabitliyə xaricdən idarə olunan müəyyən təhdidlər var: “Lakin Azərbaycan güclü dövlətdir, hüquq-mühafizə orqanları bu halların öhdəsindən layiqincə gəlirlər. Bu gün internet məkanı üzərindən dini qarşıdurmanın qızışdırılması, aqressiv fikirlərin səsləndirilməsi, sosial şəbəkələrdə gənclərə zərərli fikirlərin təbliğ edilməsi kifayət qədər ciddi problem kimi qarşımızda dayanır. Bu sahədə müəyyən işlər görülür, aidiyyəti qurumlar tədbirlər görür”.
Onun sözlərinə görə, monitorinq və araşdırmaların nəticələri göstərir ki, radikal qruplar azərbaycançılıq ideologiyasına qarşıdırlar, hansısa xarici dairələrin təlimatlarını, ideologiyalarını təbliğ etməklə məşğuldurlar: “Bizim qarşımızda duran əsas vəzifələrdən biri də odur ki, həmin zərərli qruplara qarşı birgə mübarizə aparaq”.
Ə.Zülfüqarov əlavə edib ki, din mövzusunda media nümayəndələrinin məlumatlandırılması istiqamətində böyük işlər görülür: “Mətbuatda geniş və sanballı məqalələrlə gündəmə gələn müəlliflər tanıyırıq və bu, çox sevindirici haldır. Məqsəd vətəndaşları sağlam dini biliklərlə maarifləndirməkdir. Əgər belə olarsa, zərərli təmayüllər özü aradan qalxacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
22.04.2019
Müxalifətdaxili ziddiyyətlər nə zaman bitəcək?
22.04.2019
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info