“ADPU-da Milli Kino Festivalı”
Tarix: 16.04.2019 | Saat: 14:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşəbbüsü ilə “ADPU-da Milli Kino Festivalı” adlı tədbir keçirilib. Tədbirdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə, İnzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev, Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vurğun Məmmədov, Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, müəllim və tələbələr iştirak ediblər.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbir iştirakçılarını Milli Kino Günü münasibətilə təbrik edib və tələbələrə öz tövsiyələrini verib.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova çıxışında tədbir iştirakçılarını Milli Kino Günü münasibətilə təbrik edib və bu tədbiri tələbələrin uğuru adlandırıb. Professor M.Hüseynova Filologiya fakültəsində hər ay tələbələrin yaradıcılıq gününün keçiriləcəyini və belə tədbirlərin davamlı olacağını vurğulayıb.
Tədbirdə Filologiya fakültəsinin tələbələrinin milli kinolarımızdan hazırladıqları səhnəciklər təqdim olunub və tədbirin qonaqları Mirələm Mirələmov, Xəyal Hümbətov, Elgün Hüseynov milli kinolarımızda səslənən mahnıları ifa ediblər.
Tədbirin sonunda Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova hər kəsə təşəkkürünü bildirib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
İslamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin nəzərinə!
20.07.2019
Kolleclərə qəbul olunmaq üçün ərizə verənlərin sayı 23 mini keçib
20.07.2019
Rezidenturaya qəbul olmaq üçün 180-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19.07.2019
ADU media nümayəndələrini mükafatlandırıb
19.07.2019
Qulu Novruzov: “Bizim əsas missiyamız yetkin şəxsiyyətlər yetişdirməkdir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info