Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb
Tarix: 16.04.2019 | Saat: 14:10:00 | E-mail | Çapa göndər


Cari ilin yanvar-mart aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 3 ayda 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 22,9 faizi emal sektorunda istehsal olunub.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, içkilərin istehsalı 78,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3 faiz, mebel istehsalı 58,7 faiz, əczaçılıq məhsullarının istehsalı 44 faiz, kağız və karton istehsalı 34,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5 faiz, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 faiz artıb. Metallurgiya sənayesi məhsullarının istehsalı 13,9 faiz, elektrik avadanlıqlarının istehsalı 15 faiz, hazır metal məmulatlarının istehsalı 22,6 faiz, geyim istehsalı 28,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36 faiz azalıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Bu il Azərbaycanda istifadəyə verilən obyektlərin siyahısı
21.07.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 106 milyon dolları ötüb
20.07.2019
Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı
20.07.2019
KOBİA sahibkarların maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir
20.07.2019
Dövlət Gömrük Komitəsinin məlumatı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info