Məşğulluq orqanları əməkdaşları üçün VI təlim kursuna başlanıb
Tarix: 16.04.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Layiqli Əmək üzrə Ölkə Proqramı çərçivəsində məşğulluq orqanları əməkdaşları üçün VI təlim kursuna başlanıb


Bu dəfəki təlim kursu “Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin
əmək bazarına çıxışı” mövzusuna həsr olunub.
Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti orqanlarının əməkdaşları üçün “Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsi” layihəsi çərçivəsində VI təlim kursuna başlanılıb.
Bu dəfəki təlim “Gənclərin məşğulluğu, ömürboyu təhsil və gənclərin əmək bazarına çıxışı” mövzusuna həsr olunub.
Təlim kursunun açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin nailiyyətlərindən biri kimi, ölkədə məşğulluq imkanlarının artrılmasına, eyni zamanda, gənclərin səmərəli məşğulluğunun təminatına yönələn proqramların ildən-ilə genişləndiyini vurğulayıb. O, nazirliyin məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsini gənclər təşkil etdiyini deyib.
Nazir müavini qeyd edib ki, dövlət başçısının 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda gənclərin peşə təhsilindən əmək bazarına inteqrasiyasını gücləndirmək məqsədilə karyera (peşə) - məsləhət və karyera, planlaşdırma xidmətlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. O cümlədən, rəqəmsal texnologiyalardan geniş istifadəyə keçidin təmin edilməsi və mərkəzləşdirilmiş karyera portalının yaradılması hədəflər sırasındadır.
Bu il BƏT-in 100 illik yubileyinin qeyd edildiyini bildirən A.Əliyev vurğulayıb ki, bu mötəbər beynəlxalq təşkilatla Azərbaycan arasında geniş əməkdaşlıq gündəliyi mövcuddur. “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” da birgə layihələrin miqyasını xeyli genişləndirib. Proqram çərçivəsində təşkil olunan bu növbəti təlim kursu gənclərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi sahəsində Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının bilik və peşəkarlıq səviyyələrinin artırılmasına, onların bu sahədə dünyada olan qabaqcıl təcrübələri öyrənmələrinə dəyərli bir töhfədir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, BƏT-in “MDB-də Gənclərin Məşğulluğu üçün Tərəfdaşlıq” layihəsinin rəhbəri Ramiro Pizarro çıxış edərək, hazırkı təlim kursunun əhəmiyyətini vurğulayıblar.
Dörd gün davam edəcək təlim kursunun gündəliyinə “BƏT-in Qlobal komissiyasının əməyin gələcəyi üzrə hesabatına ümumi baxış: “Parlaq gələcək üçün əmək” (R.Pizarro), “Məşğulluq Xidməti orqanlarının nailiyyətləri və boşluqlara ümumi baxış. Azərbaycan təcrübəsi” (Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov), “Peşəyönümü” (BƏT-in eksperti Yuri Qertsiy), “Stabil iş yerinə keçid: Gənclərin işə qəbulu və əmək haqqı subsudiyaları üçün təşviq” (BƏT-in eksperti Yens Sibbersen), “Təhlükəsiz və sağlam iş təcrübələrinə keçid-gənclərin qarşılaşdığı məşğulluq riskləri” (BƏT-in eksperti Benqt Lyngbek), “Məktəbdən işə keçid: işə əsaslanan öyrənmə imkanlarının artırılması” (BƏT-in ekspertləri Raul Komin və Yuriy Qertsiy) və digər mövzularda təqdimatların keçirilməsi nəzərdə tutulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info