“Ermənistan hakimiyyətinin A.Qriqoriuya qarşı hərəkəti terror aktıdır”
Tarix: 30.07.2013 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresi (AAK) Moldova Parlamentinin hüquq müdafiəçisi və Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan Parlamentindəki çıxışından sonra baş verən hadisələrdən narahatdır. Bu barədə AAK-ın Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə ünvanlandığı müraciətdə qeyd olunur. Xatırladaq ki, 2013-cü il iyunun 4-də xanım Qriqoriu Ermənistanın Konstitusiya Məhkəməsinin təşkil etdiyi “Avropa Şurasının üzvü olan ölkələrdə hüquq aliliyi və sərhədlərə dair Avropa standartlarına uyğun mülahizə” adlı beynəlxalq konfransda çıxış edib. O, Ermənistan hakimiyyətini Azərbaycanın ərazilərini işğal etməkdə və Azərbaycan xalqına qarşı soyqırım törətməkdə ittiham edib və onu təcavüzkar kimi qiymətləndirərək Ermənistanın beynəlxalq hüquqlara riayət etmədiyini bildirib. Ermənistan Parlamentində çıxışından sonra Aureliya Qriqoriu təzyiqlərə məruz qalaraq onun ölkəni tərk etməsinə əngəllər yaradılıb. Moldova Parlamentinin səlahiyyətli üzvü təhlükə və təqiblərə məruz qalaraq, hətta şantaj edilərək, ondan Ermənistandan rəsmi şəkildə üzr istəməsi tələb olunub, əks halda qisas alınacağı bildirilib. Nəhayət, Qriqoriu ölkəni tərk etdikdən sonra da Ermənistan KİV-i ombudsmana qarşı hücumları davam etdirir. AAK hesab edir ki, Ermənistan hakimiyyətinin bu cür reaksiyası və baş verənlər dövlət səviyyəsində təşkil olunan terror aktından başqa bir şey deyil. Ermənistanda baş verən bu hadisə onu təsdiq edir ki, bu ölkədə nəinki hələ də beynəlxalq hüquq qaydalarına, eləcə də inkişaf etmiş mədəni cəmiyyətin elementar etik normalarına riayət və hörmət olunmur. Avropa Azərbaycanlıları Konqresi bu hadisədə günahkar olan erməni təhrikçilərini pislədiyini bildirir və Avropa Parlamentini Moldova Ombudsmanı Aurelia Qriqoriunun obyektiv və ədalətli çıxışını, eləcə də onun söz azadlığı hüququna malik olmasını dəstəkləməyə çağırır. AAK Avropa Parlamentinə, siyasi və sosial institutlara, bütövlükdə Avropa ictimaiyyətinə müraciət edərək dəvət edilmiş parlament üzvünün çıxışına qarşı Ermənistanın qəddar, ədəbsiz və yanlış reaksiyasına diqqət yetirməyə və etiraz etməyə çağırır, bu hərəkətlə demokratik, diplomatik və ümumbəşəri normaların və dəyərlərin kobud şəkildə pozulduğunu bildirir və bu hərəkəti dövlət səviyyəsində törədilmiş terror aktı kimi qiymətləndirməyi tələb edir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Türk ocağı” Azərbaycanda bərpa olundu
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info