Bakıda bərk məişət tullantıları ilə bağlı konsepsiyasının həyata keçirilməsinə başlanılıb
Tarix: 17.04.2019 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişinə əsasən Böyük Britaniyanın tanınmış “Mott MacDonald” şirkəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması konsepsiyası hazırlanır. Bununla əlaqədar şirkətin nümayəndələri növbəti dəfə paytaxtımıza gəliblər. Onların apardıqları araşdırmaların nəticələri konsepsiyanın hazırlanmasında əsas götürülüb.
“Mott MacDonald” şirkətinin rəhbərlərinin bildirdiyinə görə Bakı mürəkkəb landşafta, küləkli hava şəraitinə və böyük əraziyə malik olmasına baxmayaraq, şəhərin sanitar təmizliyi normal səviyyədədir. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması ilə bağlı islahatların aparılması üçün bu sahədə böyük təcrübəsi olan Böyük Britaniya “Mott MacDonald” şirkətinə müraciət olunmuş və onun mütəxəssisləri yeni islahatlar konsepsiyasının hazırlanmasına başlayıblar. Əsas məqsəd paytaxt Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması işlərini aparıcı Avropa dövlətlərinin paytaxtları və iri şəhərləri səviyyəsinə çatdırmaq, paytaxtımızı gözəl məkana çevirməkdir.
Konsepsiya çərçivəsində artıq 3 aya yaxındır ki, Bakı şəhərində işlər gedir, 4 rayonda (Səbail, Nərimanov, Yasamal və Nəsimi) məişət tullantıları üçün yeni müasir konteynerlər qoyulub, dünəndən isə daha 3 rayona (Binəqədi, Nizami və Xətai) bu konteynerlərin verilməsinə başlanılıb.
Həyata keçirilən işlər çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həmin şirkətin təqdim etdiyi layihə əsasında Monitorinq Mərkəzi yaradılmışdır. Mərkəzdə işçi qrup tərəfindən konsepsiyanın hazırlanması və həyata keçirilməsi ilə bağlı nəzərdə tutulan işlərin görülməsi üçün ən müasir şərait yaradılıb.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış Monitorinq Mərkəzində Böyük Britaniya “Mott MacDonald” şirkəti rəhbərliyinin səlahiyyətli nümayəndəsi, Bakı şəhərində bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması üzrə islahatlar konsepsiyasının rəhbəri Martin Saymon ictimaiyyət və mətbuat nümayəndələrinə konsepsiya barədə geniş məlumat vermiş və jurnalistləri maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Martin Saymon bildirib ki, 2018-ci ildə bizi Bakıda tullantı idarəetməsi xidmətlərinin qiymətləndirilməsi üçün dəvət etmişdilər: “Məqsəd tərəfimizdən potensial təkmilləşdirilmə metodları təklif edərək tullantı idarəedilməsi sisteminin yüksək inkişafı üçün lazım olan məlumat bazasını əldə etməyə kömək edəcək pilot araşdırmalar layihəni hazırlamaq idi. Bu da öz növbəsində genişmiqyaslı tullantıların idarəetmə sistemində inkişaf əldə etməyə kömək olacaq.
Şirkətimiz tullantı və tullantıların yenidən emalını araşdırmaq üçün böyük məmnuniyyətlə Bakı İcra Hakimiyyəti ilə 2-ci dəfə əməkdaşlıq etməyə razılıq vermişdir. Bu araşdırmaların nəticələri Bakı şəhərində tətbiq olunaraq 21-ci əsrin müasir tullantı idarəetməsi sistemini yaradacaq.
Bakıda hər il təxminən 1,5 milyon ton tullantı yaranır. Bu rəqəmlər Bakı şəhəri genişlənib inkişaf etdikcə daha da artacaq. Tullantıların düzgün yığılması, emalı və çeşidlənməsi vacib şərtdir. Tullantıların çoxu şəhərkənarı poliqonlara aparılır. Buna baxmayaraq, tullantıların Balaxanıda yerləşən tullantı çeşidlənməsi və onlardan enerji əldə etmə zavodlarına göndərilməsi ilə bu işdə inkişaf əldə edilib.
Bizim ilkin araşdırmalarımız onu göstərdi ki, Bakıda tullantı menecmenti sistemini təkmilləşdirmək vacibdir ki, bu böyüyən və inkişaf edən şəhəri müasir xidmətlərlə təmin etsin, həm ətraf mühitə, həm də iqtisadi inkişafa müsbət təsir göstərsin. Turizm sahəsində inkişaf edən, müxtəlif beynəlxalq tədbirlər keçirən, Bakı Ağ Şəhər kimi innovativ layihələrə imza atan bir şəhər kimi, Bakıda yüksək səviyyəli tullantı idarəedilməsi sistemi əldə etmək zəruriyyəti yaradır. Bakı Şəhər İcra Hakimiyyəti sakinlər üçün tullantıların yığılması, çeşidlənməsi və idarəedilməsi sisteminin təkmilləşdirilməsində məqsədlidir və bizim “Mott MacDonald” şirkəti olaraq rolumuz bu hədəfin əldə edilməsində dəstək olmaqdır.
Biz yeni tullantı konteynerləri və nəqliyyat vasitələri daxil olmaqla, yeni tullantı yığılması sistemlərini tətbiq etmək fikrindəyik. Bununla bərabər, Bakı sakinlərinin də tullantıları emal oluna bilən və emal oluna bilməyən tullantılara bölməsinə həvəsləndirməyə çalışırıq. Bu böyük miqdarda tullantıların poliqondan kənarlaşdırılmasına kömək edəcək.
Son bir neçə ay ərzində, nəzərə çarpacaq dərəcədə inkişaf əldə edilib, yeni konteynerlər əldə edilib və sakinlərin bildirdiyinə görə, bu əvvəlki konteynerlərə nisbətən böyük müsbət dəyişiklikdir və daha çox yeni konteynerlərin qoyulması işləri görülür.
Yeni pilot araşdırmaların bir hissəsi kimi, tullantı araşdırmaları keçirmək zəruri məsələdir və müsahibə verdiyimiz bu Monitorinq Mərkəzi sırf bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılıb. Bu Mərkəz bu günə qədər gördüyüm ən mükəmməl müəssisələrdən biridir və bizə işimizi daha yaxşı yerinə yetirməyə kömək edir, işçi heyəti üçün tam müasir şərait yaradılıb.
İlkin araşdırmalar üçün Nərimanov rayonu seçilib. Belə ki, bu rayon həm şəhərin mərkəzində yerləşir, həm də şəhər kənarı əraziləri də əhatə edir. Buna görə də, Nərimanov rayonu ümumilikdə Bakı şəhərini təmsil edən ərazi kimi sınaqlar üçün münasib rayon kimi seçilib.
Mən hazırladığımız pilot layihələrin uğurla tətbiqinə inanıram, ümid edirəm ki, Bakı sakinləri də şüşə, kağız, karton tullantılarını, plastik və dəmir içki qablarını çeşidləyib emal oluna bilən tullantılar üçün gətirilmiş yeni konteynerlərə ataraq Şəhər İcra Hakimiyyətinə kömək olacaqlar. Biz 20-30 faizlik tullantı diversiyası əldə etməyi hədəf tutmuşuq. Bu layihə uğurla nəticələnəcəyi halda ətraf mühit üçün böyük müsbət təsirlər, həm də Bakı şəhəri üçün iqtisadi faydalar verəcək, regiondakı digər şəhərlər üçün də gələcəkdə başlanğıc nöqtəsi olacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Sahil qəsəbəsində “Məktəbə Qayıdış“ adlı sosial xeyriyyə aksiyası keçirilib- VİDEO
16.09.2019
Beynəlxalq Sahilyanı Təmizlik Günü ilə əlaqədar təmizlik aksiyası təşkil olunub
16.09.2019
Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında
16.09.2019
Ədliyyə Nazirliyi və ABŞ İnkişaf Agentliyi Qəbələdə QHT-lərlə tədbir keçirib
16.09.2019
Bu gün Azərbaycanda TV və radio işləməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info