Müxalifətin taleyi Tiflisdə həll olunur
Tarix: 30.07.2013 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Son zamanlar “milli şura” ətrafında cərəyan edən proseslər müxalifət düşərgəsi üçün acınacaqlı hal almağa başlayıb. Uzun illərdən sonra müxalifətin inteqrasiyasına nail olduqlarını deyən partiya liderləri arasında qurum daxilində sanki gizli mübarizə də gedir. Bu, özünü daha çox partiya funksionerlərinin bir-birinə ittihamlar yağdırması ilə müşahidə olunur. Bu azmış kimi, “mill şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovun ölkəyə gəlməməsi də yeni söz-söhbətə səbəb olub.
Belə bir situasiyada qurumun seçki hazırlıqlarını çox ləng aparması isə sıravi müxalifətçilər üçün də narazılıq yaradıb.
Sözügedən məsələlərlə bağlı “Palitra”ya açıqlama verən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Razi Nurullayev “milli şura”da problemlərin olduğunu etiraf etdi. O, müxalifət liderlərinin problemləri aradan qaldırmağa cəhd etdiklərini də söylədi: “Milli şura”nın yaranması ilə siyasi aktivlik yaranmışdı. Amma hazırda qurumda müəyyən narahatlıq doğuran məqamlar yaşanır. Bu narahatlıqlar da onunla bağlıdır ki, Rüstəm İbrahimbəyov bir neçə dəfə Azərbaycana səfərini təxirə salıb. Bir çox “milli şura” üzvləri arasında da adını çəkdiyim məsələ ilə bağlı narahatlıqlar var. Əgər gəlmək üçün fikirlər səsləndirilirsə, insanlar da onun gəlməsinə hazırlaşırsa, sonra yenidən onu təxirə salmaq düzgün deyil. Bu baxımdan narahat doğuran məsələlər ortaya çıxır. Bundan sonra Rüstəm İbrahimbəyov Azərbaycana qayıtması ilə bağlı fikirlərində çox diqqətli və korrekt olmalıdır ki, burada da onu gözləyən insanların fikirlərində və düşüncələrində problem yaranmasın”.
“Milli şura”da rezerv variantın, ehtiyat namizədin olması məsələsinin də gündəmdə olduğunu deyən Razi Nurullayev bunun çoxluq tərəfindən qəbul edilmədiyini də vurğuladı: “Qurum üzvlərinin əksərinin fikri belədir ki, “milli şura” özünün vahid namizədi Rüstəm İbrahimbəyovu seçib. İkinci namizədin olması çaşqınlıq yaradır. Bu da həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə şübhələr və narahatlıqlar yaradır. O baxımdan, “milli şura”nın əksər üzvləri bu fikri bölüşür ki, Rüstəm İbrahimbəyovun ətrafında toplaşmaq lazımdır. “Milli şura”nın Rüstəm İbrahimbəyovla görüşə getməsi isə bir çox mətləblərə aydınlıq gətirəcək. Bu görüşdən çox şey asılıdır. Zənnimcə, onunla Tiflisdə çox ciddi danışıqlar olacaq. İstənilən halda o, artıq “milli şura” ilə bağlı qərarını qəti şəkildə cəmiyyətə sərgiləməlidir. Bir çox sual yaradan məsələlərlə bağlı-vahid namizəd, Azərbaycana dönmək kimi fikirlər qətiləşməlidir. Eyni zamanda o, pasportunun Putinin siyasi iradəsinə bağlılığı məsələlərinə də aydınlıq gətirib, birdəfəlik nöqtə qoymaıdır ki, Azərbaycanda narahatlıqlar olmasın. Bu baxımdan sözügedən görüş müxalifətin taleyi üçün çox vacibdir. Bu, Rüstəm İbrahimbəyovun ictimai rəydə necə qarşılanacağı baxımından da mühüm rol oynayacaq.”
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
15.09.2019
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info