DGKA-da “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib
Tarix: 17.04.2019 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyasında xüsusi ayrılmış “Gömrük orqanlarının texniki nəzarət vasitələri” fənn xidməti otağında gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün “Narkotik vasitələrin, psixator maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda “işgüzar oyun” formatında əməliyyat-taktiki təlim keçirilib. Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov, Akademiyanın əməkdaşları Şahin Hüseynov və Natiq Axundov təlimdə iştirak ediblər. Təlim zamanı qeyd edilən təlimçilərin nəzarəti altında dinləyicilər texniki-nəzarət vasitələrindən və gömrük nəzarətinin müxtəlif formalarından - sorğular, şəxsi yoxlama və s. istifadə etməklə sərnişinlər və onların yüklərində reallığa yaxın şəraitdə qaçaqmalçılıq cinayətlərinin predmeti olan əşya, maddələrin, narkotik vasitə, odlu silah, soyuq silah və onlara aidiyyəti olan şübhəli şəxslərin aşkar olunması ilə bağlı tədris prosesində əldə etdikləri bilikləri praktiki fəaliyyətdə nümayiş etdiriblər.
Dörd saat ərzində keçirilən təlimdə xüsusi fərqlənən əməkdaşlar qeyd edilib.
Təlimin nəticələri nəzərə alınaraq əməkdaşlara elmi-nəzəri qanunvericilik və onun tətbiqi baxımından konkret tövsiyələr verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info