Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər
Tarix: 17.04.2019 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


ATƏT Minsk qrupu tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatına reaksiyanın olmaması danışıqlar prosesinə mənfi təsir göstərə bilər.
Trend-in məlumatına görə, bunu “Azernews”a müsahibəsində rusiyalı ekspert Qriqori Trofimçuk N.Paşinyanın danışıqların formatının dəyişdirilməsi təklifini şərh edərkən deyib.
O bildirib ki, bu, sadəcə həll yolunun uzadılması deyil:
“Faktiki olaraq bu, danışıqların formatının dəyişdirilməsi cəhdidir. İlk növbədə buna ATƏT Minsk qrupunun həmsədrləri diqqət verməlidir. Qəribədir ki, onlar sanki Ermənistan baş nazirinin bəyanatlarını qulaqardına vurmağa çalışırlar. Bu, pis nəticələnə bilər, çünki Azərbaycan elə düşünə bilər ki, onu bilərəkdən kəskin addım atmağa sürükləyirlər. Xatırladım ki, Paşinyanın əsas açıqlamalarından biri belə idi: sülhü ərazilərə dəyişmirik. Ona görə, sual yaranır: bəs o zaman 1994-cü ildən başlayaraq bu prosesdə iştirak edən insanlar nəyi müzakirə edirdi? Ərazilər əvəzinə sülhə çalışmırdılarmı?”
Q.Trofimçuk qeyd edib ki, Qarabağ prosesinin mülahizəsində N.Paşinyan kabineti ilə S.Sarkisyan administrasiyası arasında prinsipial fərqlər mövcuddur:
“Sarkisyana danışıqlar masasında sakit oturmaq kifayət edirdi. Paşinyana isə bu, kifayət etmir və Qarabağ məsələsi onun üşün əsas məsələlərdən biridir”.
Ekpsert həmçinin Rusiya xarici işlər nazirinin iştirakı ilə baş tutmuş Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə də toxunub. O bildirib ki, Rusiya heç vaxt Qarabağ münaqişəsinin nizamlanması prosesindən kənarda qalmayıb:
“Ona görə Vyana sammitinin ardınca nazirlərin Moskva görüşü keçirildi ki, Rusiya, Azərbaycan və Ermənistan yüksək səviyyəli görüşünə hazırlıq işləri başlasın. Bununla belə, Moskva özünü Vyana tədbirindən ayırmır və bəyan edir ki, əvvəllər keçirilmiş müzakirələri nəzər almaqla hərəkət edir. Əsas mübahisə mövzusu isə əvvəlki kimi eynidir: Azərbaycan yeni uzun, səmərəsiz danışıqlar prosesinə cəlb olunmaq istəmir və tam aydın başa düşmək istəyir ki, əraziləri ona nə zaman qaytarmağa başlayacaqlar”.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info