Velosipedlə dünya turuna çıxdılar, Türkiyəyə heyran qaldılar
Tarix: 18.04.2019 | Saat: 01:13:00 | E-mail | Çapa göndər



Dünya turunda Türkiyənin Ağrı şəhərinə çatan Fernando Martinez və Marko Mendez xristian olmalarına baxmayaraq məscidlərdə vaxt keçirməyin onlar üçün maraqlı olduğunu deyiblər.

İspaniyadan müxtəlif ölkə və mədəniyyətlərlə yaxından tanış olmaq məqsədilə velosipedlə çıxdıqları dünya turunda Türkiyənin Ağrı şəhərinə çatan Fernando Martinez və Marko Mendez xristian olmalarına baxmayaraq məscidlərdə vaxt keçirməyin onlar üçün maraqlı olduğunu deyiblər.
Dünya turu çərçivəsində Türkiyəyə gələn və İstanbulda bir müddət qalan Martinez və Mendez daha sonra velosipedlə Kapadokiya ilə ölkənin müxtəlif yerlərindəki tarixi və turizm məkanları ilə tanış olublar. İki dost Sivas və Ərzurum marşrutundan çatdıqları Ağrıda səyahətlərinə fasilə veriblər.
Cümhuriyyət küçəsində gəzən və kafelərdə oturan səyyahlara vətəndaşlar yaxın əlaqə göstərib.
İki yoldaş bir müddət Mərkəz məscidində vaxt keçirib şəkil çəkdiriblər.
Martinez xristian olmasına baxmayaraq məscidlərdə vaxt keçirməyin xoşuna gəldiyini deyib.
İstanbula qədər velosipedlə gəldiklərini söyləyən Martinez “Oradan da gündə 60 kilometr yol qət edərək Ağrıya gəlmişik. Bu coğrafiyalardakı ölkələri və millətlərin həyatı ilə maraqlandığımıza görə səyahət edirik. 2 gün sonra buradan İrana gedib, Təbrizdə tarixi yerləri gəzəcəyik" deyib.Martinez Türkiyədə ən çox paxlava və çayı sevdiklərini vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info