Serxio Osvaldo Perez: “Azərbaycan dinamik inkişafda olan ölkədir”
Tarix: 18.04.2019 | Saat: 13:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Argentinanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb. ADU-dan verilən məlumata görə, rektor Kamal Abdulla səfiri universitetdə görməkdən məmnunluğunu ifadə edib. Kamal Abdulla səfirə diplomatik missiyasında uğurlar arzulayıb. Universitet rəhbəri ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb. Rektor Argentina universitetləri ilə əlaqələrin qurulmasında səfirin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. Kamal Abdulla iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçməsi üçün universitetlərarası əlaqələrin qurulmasının faydasından danışıb. Rektor ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verərək universitetin müəllim və tələbələri ilə görüşmək üçün səfiri layihədə iştirak etməyə dəvət edib. Universitet rəhbəri qonağa ADU-nun professoru Məsməxanım Qazıyeva və dosent Sevinc Zeynalova tərəfindən hazırlanan “Welcome to Azerbaijan” kitabını hədiyyə edib və bildirib ki, nəşrdə Azərbaycan haqqında müfəssəl məlumat verilir. Səfir səmimi qəbula görə təşəkkürünü bildirib. ADU-da ikinci dəfə olmaqdan şərəf duyduğunu deyən Serxio Osvaldo Perez Qunella diplomatik fəaliyyətinə başladığı müddətdə ilk dəfə olaraq ADU-da çıxış etdiyini qeyd edib. Universitetdə təşkil olunan tədbirlərdə məmnuniyyətlə iştirak edəcəyini deyən qonaq Argentina reallıqlarını çatdırmaq üçün tələbələrlə birbaşa ünsiyyətin vacibliyindən danışıb. Azərbaycanın dinamik inkişafda olan ölkə olduğunu deyən səfir xoş münasibətlə qarşılandığını söyləyib və ölkələrarası oxşarlıqdan bəhs edib. Səfir ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və layihələri davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb. Daha sonra tələbə və müəllim mübadiləsi, səfirliklə universitetin Argentinaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri arasında əlaqələrin qurulması, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
“Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb
19.06.2019
Nadir şah Əfşara həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcək
19.06.2019
Azərbaycan milli hərəkat tarixinin tədqiqatçı alimi
19.06.2019
Serbiya Prezidenti Azərbaycan alimlərinin nümayəndə heyətini qəbul edib
18.06.2019
Tələbələr olimpiada və müsabiqədə uğurlarına görə mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10809

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info