Sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyəti yoxlanılıb
Tarix: 18.04.2019 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Rusiya Federasiyası ilə dövlət sərhədində Qusar və Xaçmaz rayonları ərazisində yerləşən sərhəd mühafizə orqanlarının xidməti-döyüş fəaliyyətini yoxlayıb.
DSX-dən verilən məlumata görə, səfər çərçivəsində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində sərhəd nəzarətinin həyata keçirilməsi üzrə xidməti fəaliyyətə baxış keçirilib, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində yoxlama prosedurlarının sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülən tədbirlərin səmərəliyinin qiymətlən¬dirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbətlər edilib, ölkəyə gələn və ölkədən gedən şəxslər və nəqliyyat vasitələri üzərində sərhəd nəzarətinin effektivliyinin daha da artırılması və keçid müddətlərinin maksimal azaldılması məsələləri nəzərdən keçirilib.
Bu məqsədlə dövlət sərhədindən buraxılış məntəqəsinin vəzifəli şəxslərinin məruzələri dinlənilib, müqabil əra¬zidə baş verən texniki nasazlıq səbəbindən buraxılış rejimində ya¬ranan sıxlıq halları ilə əlaqə¬dar görülməli olan təd¬birlər haqqında müvafiq göstərişlər verilib.
Qusar rayonunun İcra Hakimiyyətinin başçısı Şair Alxasovun iştirakı ilə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında abadlaşdırılma işlərinin aparılması məsələləri müzakirə olunub, Azərbaycan Respublikasının və Rusiya Federasiyasının hökumətləri arasında imzalanan sazişə uyğun olaraq “Samur” çayı üzərində yeni körpünün inşası ilə əlaqədar görülən işlərə baxış keçirilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin və Sahil Mühafizəsinin sahil nəzarəti məntəqələrinin əra¬zisində xidməti fəaliyyətin təşkili, şəxsi heyətin xidməti və məişət şəraiti nəzərdən keçirilib, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qanunsuz miqrasiya va qaçaqmalçılıq məqsədlərilə dövlət sər¬hədinin pozulması cəhdlərinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi üzrə tapşırıqlar verilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Masallı rayonunda gənc könüllülərə sertifikatlar təqdim edilib
19.08.2019
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19.08.2019
Baş Prokurorluq, DİN və Vergilər Nazirliyi “Relaks” istirahət mərkəzi ilə bağlı birgə məlumat yaydı
19.08.2019
Rusiyada yaşayan məşhur vəkil Ələkbər Qarayev Kanal 5-in qonağı olub.
19.08.2019
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info