Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
Tarix: 18.04.2019 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


"Qazprom Ermənistan" şirkəti də işçilərini kütləvi şəkildə ixtisar edəcəyini açıqlayıb

Ermənistanda dövlət aparatında ixtisarları nəzərdə tutuan "Hökumətin quruluşu və fəaliyyəti haqqında" qanun layihəsi, ölkə parlamentində müzakirəyə çıxarılmazdan əvvəl kəskin müzakirələrə səbəb olub.
Ermənilərin “Joxovurd” nəşrinin yazdığına görə, müxalif qrupların nümayəndələri hökumətin bu addımının hansı effekt verəcəyi barədə hələ də xalqı məlumatlandırmayıblar. Bundan əlavə, onlar hökuməti bu addımının ölkə büdcəsinə nə qədər gəlir gətirəcəyi barədə dəqiq göstəricilər vermirlər. Hakimiyyət isə ixtisarların dərhal həyata keçirilməyəcəyini iddia edir. Nəşr yazır ki, Kənd Təsərrüfatı Nazirliyindən 130, Mədəniyyət Nazirliyindən 110, Diaspor Nazirliyində 80, İdman və Gənclər Nazirliyində 80 işçinin ixtisara salınacaq. Əvvəlcə, 78 nəfərdən ibarət nazir müavinləri və şöbə müdirləri ixisar ediləcək. Bundan sonra isə işçilər arasında bal qiymətləndirilməsi keçiriləcək və daha sonra total ixtisarlar başlanılacaq. Rusiyanın qaz nəhəngi "Qazprom" un 100 faizlik qızı" olan "Qazprom Ermənistan" şirkətində də ixtisarlar gözlənilir. Belə ki, 6 minə yaxın işçiyə sahib olan şirkət yaxın vaxtlarda şirkətdə çalışan müfəttişlərin 50, çilingərlərin 30, mərkəzi ofis işçilərinin isə 10 faizini ixtisar edəcək. Xatırladaq ki, bu barədə "Verelq" informasiya-analitik mərkəzi "Qazprom Ermənistan" şirkətinin rəsmilərinə istinadən məlumat yayıb. "Qazprom Ermənistan" rəsmilərinin sözlərinə görə, ilin əvvəlində Ermənistan-Gürcüstan sərhədində nəql tarifləri 15 dollar artsa da əhali üçün qazın qiyməti dəyişməyib. Ona görə də şirkət ixtisar etməyə məcburdur. Şirkət rəhbərliyi idarə daxilində kadrların azaldılmasını yaranmış problemdən çıxış yolu kimi görürür. Xatırladaq ki, bu ilin əvvəlində Rusiya Ermənistana tədarük olunan qazın qiymətinin sərhəddə min kubmetr üçün 150 dollardan 165 dollara qədər artırıb. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya tərəfi ilə danışıqları bu gün də davam etdirdiyini bəyan etsə də belə görünür ki, "Qazprom" un 100 faizlik qızı" yanacaq dəyərinin artmasını öz işçilərini ixtisar etməklə konpesasiya etmək istəyir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Erməni qadınların problemləri
16.07.2019
İran Ərəb Əmirliklərinin neft tankerini ələ keçirdi, körfəzdə gərginlik yenidən artdı
16.07.2019
Çavuşoğlu Avropaya meydan oxudu: “Aralıq dənizinin şərqində 3 gəmimiz var, dördüncünü də göndərəcəyik”
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info