“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir
Tarix: 18.04.2019 | Saat: 15:37:00 | E-mail | Çapa göndər


“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsi davam edir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələn idman çempionatıdır. Layihədə Futbol, Voleybol, Peyntbol, Səmti müəyyənetmə, Atıcılıq, Velosiped, Yüngül atletika idman növləri üzrə 1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları keçirilir. Futbol, Voleybol, Peyntboll, Velosiped, Atletika idman növü üzrə yarışlar artıq start götürüb.
AFFA-nın məşq meydançasında “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsinin futbol idman növü üzrə 32 komanda arasında 1/16 və 1/8 turunun oyunları keçirilib. Qalib gələn komandalar 1/4 final mərhələsinə yüksəliblər. Peyntboll idman növü üzrə yarışlar “Ulduz Peyntbol Mərkəzində” baş tutub. 16 komanda arasında aparılan mübarizədə 1/8, 1/4 və yarım final mərhələləri keçirilib, qalib komandalar final oyununa haqq qazanıb. Velosiped idmanı üzrə yarışın ilkin mərhələsi Velo Parkda baş tutub, 64 gənc arasında keçirilən mübarizə sonrası 6 iştirakçı final turuna vəsiqə qazanıb. Atletika idman növü üzrə yarışlar Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının qaçış meydançasında həyata keçirilib və 6 iştirakçı finalda iştirak hüququ qazanıb. Voleybol yarışları Xəzər Universiteti nəzdində Dünya məktəbində start götürüb, 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8, 1/4 final mərhələlərinin qalibləri yarım-final mərhələsinə yüksəliblər.
“Gənclər Kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin, müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info