Ad günün mübarək, şəhidim!
Tarix: 18.04.2019 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


1972 ci il, aprel ayının 22-də Şərur rayonunun Məmmədsabir kəndində, Seyidovlar ailəsində bir oğlan uşağı dünyaya göz açdı. Bu uşaq ailəyə 5 qız övladından sonra Allah tərəfindən bəxş olunmuşdu. Dünyaya gəlişi bütün eli-obanı sevindirdi. Ailə çox sevinirdi. Uşağın adı dünyaya gəlməzdən öncə yuxuda atasına deyilmişdi: ”İki oğul övladın olacaq, birinin adını Əhəd, digərinin adını Səməd qoyarsan !“ Ata yuxuda ona deyilən adları övladlarına verdi. Ailə çox şən və xoşbəxt yaşayırdı. Əhəd sürətlə böyüyürdü. Çox canlı, cüssəli bir igid olmuşdu. Ağlı-kamalı da öz yerində. Sanki Allah bu oğlana qeyri-adi bir istedad vermişdi. Cəsur, qorxmaz olmağı bir yana, çox gözəl tar ifa etmək qabiliyyətinə də malik idi.
Günlər, aylar, illər keçdi, Əhəd orta məktəbi bitirdi, hərbi xidmətə yola düşdü. Hərbi xidməti Türkmənistan Respublikasının Çarjo vilayətində başa vurub, vətənə döndü.El-oba yenə şadyanalıq edirdi. Lakin Əhəd özünə rahadlıq tapa bilmirdi. Çünki 1992-ci il bütün Azərbaycan xalqınaXocalı faciəsi kimi böyük bir bəla gətirdi. Əhəd bu ədalətsizliyə dözə bilmirdi. Silaha sarılıb könüllü olaraq cəbhəyə yola düşdü. İgidliklə Qarabağ uğrunda gedən döyüşlərdə vuruşdu. Lakin Naxçıvan sərhədlərində gedən döyüşlər, onu Naxçıvana qayıtmağa məcbur etdi.Əhəd çox qəhrəmanlıqlar göstərdi. Düşmənin səkkiz canlı qüvvəsini, bir zirehli texnikasını məhv etdi.1992 ci ilin Sentyabrın 6-da. Səhər tezdən yuxudan durub döyüş bölgəsinə yola düşməzdən əvvəl Əhəd tarını götürüb bağrına basdı. Sevimli mahnılarından bir neçəsini ifa etdi və sonda C.Cabbarlının “Azad bir quşdum” şeirinə yazılmış mahnını ifa edib ana-bacısı ilə sağollaşıb yola düşdü. İki gündən sonra bacısının toyu olacaqdı. Ailə toya hazırlaşırdı.Ailənin sevinci çox çəkmədi, qəfil gələn qara xəbər hamını şoka saldı, Qəhrəman Əhəd, şəhid olmuşdu. Dünyaya gəlişi el-obanı nə qədər sevindirmişdisə, dünyadan gedişi də o qədər kədərləndirdi. Allah sənə rəhmət eləsin.
22 aprel, sənin ad günün!!! 27 ildir sənin ad gününü sənsiz edirik! Ad günün mübarək, qardaşım, ad günün mübarək, şəhidim!!!

Qardaş mənim gülümdür,
Gülümdür, bülbülümdür.
Ölsə, bacılar ölsün,
Qardaş Ölsə, zülmdür.

Haqqında danışılan bu qəhrəman Seyidov Əhəd Nəriman oğludur.O, 1992-ci ilin sentyabr ayının 7-də Şərur rayonunun Cağazir kəndi istiqamətində gedən döyüşlər zamanı, döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. Şəhidimiz kəşfiyyatçı idi. Şəhidin meyidi ermənilər tərəfindən götürülmüş və aparılan danışıqlardan sonra sentyabr ayının 9-da geri alınmış və Şərur rayonunun Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əziz şəhidlər, biz sizi heç vaxt unutmadıq, Siz vətən fədailərisiniz! Allah Sizə rəhmət eləsin!

Həsənova Qəndab




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info