Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
Tarix: 18.04.2019 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Dünya ölkələri turizm sektorunu inkişaf etdirmək istiqamətində yeni layihələr gerçəkləşdirirlər. Artıq cari ilin ilk üç ayını arxada qoyan turizm bazarı ilə bağlı ölkələr qarşıdan gələn yay turizmindən yararlanmaq üçün çıxış yolları axtarırlar.

İspaniya iqtisadiyyatında turizmin payı 2,5 faizdən aşağıdır
İspaniya turizmi 2018-ci ili son 10 ilin ən az artım yaşadığı il kimi yadda qalıb. Keçən ilə qədər hər il 5 -10 faiz arasında ziyarətçi sayını artıran İspaniyanın, bu vəziyyəti 2019-cu ildə düzəltmək üçün əsas turizm bazarı olan İngiltərə başda olmaqla Almaniya və digər ölkələrdə ardıcıl olaraq qiymətləri endirməsinin səbəbi 10 ildən bəri ilk dəfə ölkənin iqtisadiyyatında turizmin payının 2,5 faizdən az olması ilə bağlıdır. 2017-ci ildə İspaniyaya gələnlərin sayı 81,9 milyon, 2018-ci ildə isə 0,9 faiz nisbətində artımla 82,6 milyona çatıb. 2018-ci ilə qədər İspaniyaya gələn ziyarətçi sayının artımı isə 2017-ci ildə 8,9 faiz, 2015-ci ildə 10,3 faiz, 2015-ci ildə isə 4,9 faiz olub. Bu zaman qonaq sayında 0,9 faiz kimi kiçik bir artım, turizm gəlirində isə 5 faiz artım olduğu göstərilir. Bununla bağlı “Exceltur”un nümayəndəsi Jose Luis Zoreda, 2018-ci ildə ziyarətçi sayının gözlənilənindən az olmasının səbəblərindən birinin Türkiyə və Tunisin Avropada yenidən bazara güclü şəkildə dönmələri olduğunu deyib: “2019-cu ildə yüngül bir artım gözləyirik, iqtisadi artım sayəsində əlverişli şərtlərdən daha çox yararlanacağıq". O, 2019-cu ildə turizm sektorunda ziyarətçi sayının 1,7 faiz, turizm gəlirlərinin 2,2 faiz artım göstərəcəyini gözlədiklərini, beləliklə də turizmin iqtisadiyyatda payının əvvəlki vəziyyətinə dönəcəyinin bildirib.

Çində daxili turizm: 5 milyard nəfər ziyarətçi

Çində tətil zamanı səyahət etməyə üstünlük verənlərin sayı artır. Çin Milli Statistika Bürosunun məlumatına görə, 2008-2018 illəri arasında həm xaricdə, həm də ölkədə səyahət edən insanların sayında davamlı artım müşahidə edilir. Ölkə daxilində səyahət edənlərin sayı 1 milyard 710 milyon nəfərdən 5 milyard 540 milyona yüksəlib. Digər tərəfdən son üç ildə Çin muzeylərini ziyarət edən turistlərin sayı 100 milyona yüksəlib.

Rusiyalı turistlər xarici ölkə seçimində nəyə üstünlük verirlər?

Üç rusiyalı turistdən biri xaricə səfər zamanı viza məsələsinə görə qərar verəcək. Aparılan araşdırmalara görə, viza rus turistlərinin seçimində əhəmiyyətli bir rol oynayır. “TürkRus.com”un xəbərinə görə, rusiyalı turistlərin 33 faizi viza tətbiq etməyən ölkələrə üstünlük verirlər. Rusiya vətəndaşlarının 24 faizi tətildə 50-100 min rubl sərf etməyi planlaşdırır. Tətil büdcəsinin 100-150 min rubl olduğunu açıqlayanların nisbəti 13 faizdir. Rəy sorğusunda iştirak edənlərin 7 faizi 150 min rubldan artıq sərf edəcəklərini, 20 faiz isə 20-50 min rubl, 14 faiz nisbətində isə 7500-20 min rubl arasında xərcləyəcəklərini deyiblər. Digər tərəfdən tətildə alış-veriş büdcəsini azaltmağı nəzərdə tutanların sayı 48 faizdən 44 faizə enib. Avtomobil kirayəsindən imtina edəcəklərinin söyləyənlər isə 43 faizdən 40 faizə enib. Tətil üçün müntəzəm pul toplayanların sayı 56 faiz təşkil edir. Onların 38 faizi kafe və ya restoranlar xərclərini azaltmaqla büdcə yaratmağa çalışırlar.

Türkiyədə turizm yol xəritəsi formalaşdırılır: hədəf 70 milyon turist, 70 milyard dollardır

Turizmdə keçən ili ölkə tarixində rekordlarla başa vuran Türkiyə, "Yeni İqtisadiyyat Proqramı struktur çevriliş addımları-2019" çərçivəsində Turizm Master Planı hazırlayaraq, Turizm İnkişaf Fondu yaradılacaq. Beləliklə, həm ölkə və destinasiya müxtəlifliyinin, həm turist sayının, həm də turistbaşına düşən gəliri artırmaq planlaşdırılır.
Atılacaq addımlarla turist sayının bu il 50 milyona, turizm gəlirinin də 35 milyard dollara çatdırılması gözlənildiyi halda, gələcək 4 il içində 70 milyon turist, 70 milyard dollar turizm gəliri hədəflənir. Türkiyədə turizm gəliri 2018-ci ildə əvvəlki ilə görə 12,3 faiz artaraq 29 milyard 512 milyon 926 min dollar olub. Turizm gəlirlərinin 81,8 faizi xarici ziyarətçilərdən və 18,2 faizi isə xaricdə yaşayan ölkə vətəndaşlarından əldə edilib. Həm turist sayında, həm turizm üzrə gəlirdə artım olub. Türkiyəyə xarici turistin marağı artmağa davam edərkən, bu canlanma tur qiymətlərində də öz əksini tapıb. İstanbul meri Ali Yürlikaya bildirib ki, 2019-cu ilin ilk üç ayında şəhərdə turist sayında 13 faizdən çox artım müşahidə edilir: “İstanbulda hədəfimiz 15,5 milyon, 2023-cü ildə isə 20 milyondan artıq turistdir. Dünyada ölkə kimi ilk beşliyə, şəhər kimi İstanbulun ilk 5-ə daxil olmasını istəyirik. Bunu bacaracağımıza inanıram. Türkiyəyə gələn turistlərin 33 faizi İstanbula gəlir. Yeni hava limanı ilə şəhərimiz daha da güclənib. 70 milyon turisti ölkədə, 20 milyon turisti bu şəhərdə qəbul etmək üçün çox çalışmalıyıq. Tariximiz, mədəniyyətimiz, mətbəximiz kimi çox güclü tərəflərimiz var. Dünyanın turizmlə bağlı rəy sorğularında ilk 4-lüyə daxil oluruq. Artıq şəhərlərin də rəqabətini istəyirik”.

Son üç ayda Azərbaycana dünyanın 157 ölkəsindən altı yüz mindən çox ziyarətçi gəlib
Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Gələnlərin 28 faizi Gürcüstan, 27,4 faizi Rusiya, 11,3 faizi Türkiyə, 9,2 faizi İran, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,8 faizi Ukrayna, 1,7 faizi Hindistan, 1,4 faizi İraq, 15,6 faizi digər ölkələrdən olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini isə qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizə gələnlərin sayında daha çox azalma Qətər (48,5 faiz), İran (43,4 faiz), İsrail (41,7 faiz), Birləşmiş Ərəb Əmirlikləri (28,1 faiz) və İraq (24,8 faiz) vətəndaşları arasında qeydə alınıb.
Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1 faiz, Yaponiyadan - 32,5 faiz, Gürcüstandan - 22,9 faiz, Omandan - 17,4 faiz artıb.
Bu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olub. Cari ilin yanvar-mart aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64 faizi dəmir yolu və avtomobil, 35,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından, xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83,6 faizi dəmir yolu və avtomobil, 15,6 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Müxalif düşərgədə növbəti qalmaqal: Gültəkin Hacıbəyli müsavatçıları “zombi” adlandırdı
06.12.2019
Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”
05.12.2019
Serj Sarkisyana kim xəyanət etdi?
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info