KİV nümayəndələri üçün seminar keçirilib
Tarix: 22.04.2019 | Saat: 13:18:00 | E-mail | Çapa göndər


Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa Standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi proqramı” çərçivəsində jurnalistlər üçün Nabranda "Vətəndaşlıq və Miqrasiya hüququ: Qanunvericilik və onun tətbiqi” mövzusunda seminar keçirilib.
Seminarın ilk günü GİZ-in əməkdaşı Şakir Səfərbəyov tədbir iştirakçılarını salamlayaraq təlimin məqsədindən, gözlənilən nəticələrdən danışıb.
Sonra Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, vəkil Sahib Məmmədov vətəndaşlıq, beynəlxalq təcrübə, Azərbaycanda vətəndaşlıq, vətəndaşlığın mahiyyəti, ikili vətəndaşlıq, çoxvətəndaşlılıq, vətəndaşlığa xitam verilməsi, vətəndaşlıqdan məhrumetmə barədə geniş məlumat verib. Bununla yanaşı, o, yerli və beynəlxalq qanunvericiliyə istinad etməklə miqrasiyanın mahiyyəti, miqrasiya proseslərinin hüquqi tənzimlənməsi, miqrasiya formaları, miqrasiya prosesinin iştirakçıları, miqrasiya proseslərinin nəticələri, əmək miqrasiyası və sairdən söhbət açıb. Seminar qarşılıqlı fikir mübadiləsi şəraitində keçib və jurnalistləri maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb. Qeyd edək ki, iki gün davam edən seminarın növbəti günü vəkil S.Məmmədov media nümayəndələrinə xarici dövlətdə iş təklifləri, bunun müsbət və mənfi nəticələri, risklərin aradan qaldırılması, miqrasiya proseslərinə mane olan hüquqi normalar və təcrübə mövzusunda məlumatlar verib. Onu da əlavə edək ki, seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 20-yə yaxın jurnalist iştirak edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Türkiyədə xatirə Azərbaycan pulu buraxıldı
23.08.2019
“Hər bir valideyn övladının psixoloqu olmalıdır”
23.08.2019
Dünya azərbaycanlıları Türkiyədə bir araya gələcək
23.08.2019
“Kənd təsərrüfatının inkişafında kooperasiyalaşma mühüm rol oynamaqdadır”
23.08.2019
Bakı-Sabunçu dəmiryol marşrutu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info